Elm və təhsil
Həsən Abdullayevin xatirə barelyefi açıldı - FOTO
Bu gün Bakı Dövlət Universitetində görkəmli alim, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin 100 illik yubileyi çərçivəsində xatirə barelyefi açılıb.
Universitetin mətbuat və informasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən rektor Abel Məhərrəmov görkəmli alim Həsən Abdullayevin Azərbaycanda müasir fizikanın, xüsusən yarımkeçiricilər fizikası və texnikasının bünövrəsini yaratmaqla yanaşı, onun hərtərəfli inkişafının başlıca istiqamətlərini müəyyənləşdirməsindən, ümumdünyəvi fizika elminin əsas simalarından biri olmasından bəhs edib. Eyni zamanda, akademik Həsən Abdullayevin 36 il AMEA-nın Fizika İnstitutunun direktoru, 1970-ci ildən 1983-cü ilədək həm də Azərbaycan Elmlər Akademiyasının prezidenti kimi gördüyü işlərdən danışıb.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə, qurumun Rəyasət Heyətinin üzvləri və institut direktorlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər akademik Həsən Abdullayev fundamental tədqiqatların genişləndirilməsi, elmi nəticələrin nəzəri cəhətdən yüksək səviyyədə işlənməsi ilə yanaşı, respublikanın ayrı-ayrı təbii sərvətlərinin daha dərindən öyrənilməsi və elmin iqtisadi səmərəsinin artırılmasına yönəldilən kompleks tədqiqatlara da üstünlük verməsindən bəhs ediblər.
Qeyd edək ki, akademik Həsən Abdullayev 15 monoqrafiyanın, 250-dən artıq ixtiranın, onlarla dərsliyin, 500-dən çox elmi məqalənin müəllifi olub.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)