Elm və təhsil
DİM şagirdlərin xarici dil bacarıqlarını bu üsulla yoxlayacaq
Dövlət İmtahan Mərkəzi 2019-cu ildə keçiriləcək ümumi və tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında şagirdlərin xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqlarının necə yoxlanılacağını açıqlayıb.
DİM-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, xarici dil fənn kurikulumuna əsasən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsində "Dinləyib-anlama" məzmun xətti üzrə müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlənilən mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları nəzərdə tutulur. Təqdim edilən dinləmə mətnlərinə aid tapşırıqlarda bu bacarıqlar yoxlanılacaq.
Bu linkdə (http://dim.gov.az/news/2504/?fbclid=IwAR19e6TJZ_N2-uGipfOKHCkWbHGQgZ2jb6MX2MTpHRFjmJI2myiI1vPsM84) nümunə audio materiallar təqdim olunur. Mətni kompüterinizə yükləmək üçün “mausun” sol düyməsini sizə lazım olan fənnin üzərində sıxmağınız kifayətdir.
Qeyd edək ki, 10 gün müddətində dərc ediləcək "Abituriyent" jurnalının xüsusi buraxılışında burada yerləşdirilən audio mətnlərə aid tapşırıqlarla tanış ola biləcəksiniz.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)