Elm və təhsil
546 azərbaycanlının məzarı məlum deyil - MEK
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı hazırlanıb.
AMEA-dan Publika.az-a verilən məlumata görə, tədbiri MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova açaraq siyahının rəhbərlik etdiyi müəssisə tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə töhfə olaraq hazırlandığını söyləyib. O, hazırlanmış siyahının elektron kataloqa salındığını və Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil edildiyini diqqətə çatdırıb.
Siyahının hazırda açıq saxlanıldığını, gələcəkdə əlavələrin edilməsinin nəzərdə tutulduğunu deyən L.İmanova ictimaiyyəti, xüsusilə Türkiyə və İranda təhsil alan həmyerlilərimizi bu məsələdə MEK-ə dəstək verməyə çağırıb.
Sonra MEK-in Komplektləşdirmə bölməsinin rəhbəri Nazilə Həsənova hazırlanmış siyahıya dair təqdimatla çıxış edib. O, bolşeviklərin Azərbaycanda hakimiyyətinin ilk illərində insanların təqib və böhtanlara məruz qaldığını, AXC-nin yaradılmasında iştirak etmiş insanların repressiya qurbanlarına çevrildiyini, ziyalı, hərbçi, elm, mədəniyyət, incəsənət və din xadimlərinin Sibirə, Qazaxıstana, o cümlədən digər yerlərə sürgün edildiyini, onların dəfn yerlərinin ictimaiyyətə məlum olmadığını vurğulayıb.
Bölmə rəhbəri bunu nəzərə alaraq tədqiqatçıların yazılarından istifadə etməklə həmin insanlar haqqında “Məzarı tapılmayan azərbaycanlı azadlıq və repressiya qurbanlarının siyahısı”nın hazırlandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, siyahı araşdırmaçı Şəmistan Nəzərlinin “Arxivlərin sirri açılır” əsəri, həmçinin tədqiqatçı alim Nəsiman Yaqublunun AXC ilə bağlı yazıları və müxtəlif İnternet portallardakı məlumatlar əsasında hazırlanıb.
N.Həsənova 546 nəfərlik siyahıda AXC dövründə təhsil almağa göndərilən tələbələr barədə məlumatların da yer aldığını, siyahının gələcəkdə genişləndiriləcəyini deyib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)