Elm və təhsil
Akademik FAKTLARI AÇDI: Mikoyan və oğlu... - FOTO
Polşanın Varşava Universitetində “İnsanlığa qarşı ağır cinayətlər: XX əsrdə Azərbaycan və Polşa xalqlarının tarixi əsasında” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Publika.az-a AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, konfransın təşkilatçıları Varşava Universitetində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzi və universitetin siyasi elmlər və beynəlxalq tədqiqatlar fakültəsidir. Tədbir Azərbaycanın Polşadakı səfirliyi, Tarix İnstitutu və Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə reallaşıb.
Konfransın açılışında Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənov, Varşava Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa, universitetin şərqşünaslıq fakültəsinin Türkologiya və Orta Asiya xalqları kafedrasının rəhbəri Aqata Bareya və başqaları çıxış ediblər. Səfir Həsən Həsənov çıxışında Azərbaycan-Polşa əlaqələrinin tarixindən ətraflı danışıb.
Açılışda Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda geniş məruzə ilə çıxış edib. O bildirib ki, erməni-daşnak quldurları Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı cinayəti törədiblər: “Sovet dönəmində soyqırımı cəlladları qəhrəman kimi təqdim edilib. Anastas Mikoyan “26-lar”ın tarixini saxtalaşdırıb. O, bildirirdi ki, guya Hindistanın Milli Arxivində olub və Şaumyan Hindistana aparılmayıb. Amma biz sübut etdik ki, Mikoyan və oğlu Hindistanın Milli Arxivində olmayıb, onlar elmi ictimaiyyəti aldadıblar”.
Varşava Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Pyotr Taraxa universitetlə Tarix İnstitutu arasında elmi əlaqələrin inkişafına görə Yaqub Mahmudova təşəkkür məktubu təqdim edib.
Beynəlxalq konfransda Tarix İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov “Azərbaycanlıların Ermənistan SSR ərazilərindən - tarixi torpaqlarından sürgün olunması insanlığa qarşı ağır cinayətdir” və elmi katib İradə Əliyeva “Şimal-Qərbi Azərbaycanda Çar Rusiyasının zorakı dini siyasəti” adlı məruzələrlə çıxış ediblər. Bundan başqa, polyak alimlərinin “Xocalı soyqırımına dünyanın reaksiyası”, “Azərbaycan və Polşaya sovet hərbi müdaxiləsinin nəticələri” və digər mövzularda məruzələri dinlənilib.
Tarix İnstitutunun nümayəndə heyəti Polşaya səfər çərçivəsində Vrotslav Universitetində “Koroğlu” dastanının tərcüməçisi, tanınmış polyak şərqşünası Aleksandr Xodzkoya həsr edilən xatirə lövhəsini ziyarət ediblər.
-
MDB03:43Rusiyanın iki şəhərində güclü partlayışlar baş verdi
-
İdman01:41Qayıdışını 962-ci qolla qeyd etdi
-
Magazin100:30“Sevgilimlə tanış olun” - Foto
-
Nəqliyyat00:20Sürücülərin nəzərinə: Bu yolda hərəkət məhdudlaşdırıldı
-
Qoroskop00:00Günün ulduz falı - Hisslər dərin, empati güclüdür
-
Yaxın Şərq14 Fevral 23:48Əvvəllər məlum olmayan tarixi abidə aşkarlandı
-
Magazin114 Fevral 23:00"Azadlığımı əlimdən aldılar, qızıma bunu etmərəm"
-
Art14 Fevral 22:36Tanınmış xanəndə xəstəxanada vəfat etdi - Foto






.jpg)















.jpg)



.jpg)



.jpg)





