Elm və təhsil
Qəbul imtahanları ilə bağlı YENİLİK: abituriyentlər...
Dövlət İmtahan Mərkəzi (DİM) bu il bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə imtahan verən abituriyentlərin “Şəxsi kabinet”lərinə yeni elektron xidmət inteqrasiya edib.
DİM-dən Publika.az-a verilən məlumata görə, bu xidmət vasitəsilə abituriyentlər cari ildə iştirak etdikləri birinci və ikinci mərhələ üzrə qəbul imtahanlarında (o cümlədən yaz və yay imtahanları) topladıqları ballar, həmçinin ümumi balları haqqında məlumatı vahid arayış şəklində əldə edə bilərlər.
Hər bir arayışda qeyd olunan məlumatlarla yanaşı, “unikal kod” da verilir. Arayışda göstərilən “unikal kod” vasitəsilə həmin arayışın həqiqiliyini yoxlamaq mümkündür.
Artıq ali təhsil müəssisələri və digər əlaqədar təşkilatlar imtahan nəticələri ilə bağlı arayışı təqdim edən şəxsdən “unikal kod”u tələb etməklə aşağıdakı link vastəsilə məlumatların həqiqiliyini elektron qaydada özləri yoxlaya bilərlər.
Xidmətə keçid: http://ekabinet.dim.gov.az/pBArayis.aspx
Xidmətə keçid pəncərəsi daim DİM-in saytının baş səhifəsində aktiv banerlər siyahısında olacaq.
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO
-
Art7 Noyabr 20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin27 Noyabr 19:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin17 Noyabr 19:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO



























.jpg)








.jpg)

