Elm və təhsil
BDU-da qocaman professorlarla görüş keçirildi
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev universitetin bir qrup ağsaqqal professor-müəllim heyəti ilə görüşüb.
Publika.az xəbər verir ki, rektor son vaxtlarda universitetdə həyata keçirilən islahatlardan, yeniliklərdən, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərdən söhbət açıb.
Universitetin bir əsrlik yubileyinin qeyd olunması istiqamətində ciddi işlərin görüldüyünü bildirən rektor, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalının təsis edildiyini xatırladıb. Universitet kollektivinin sosial rifahının yüksəldilməsi istiqamətində atılan addımlardan biri kimi, əməkhaqlarının sentyabr ayının 1-dən hesablanmaqla orta hesabla 20 faiz artırılması haqqında qərar qəbul edildiyini söyləyib. Fakültələr, kafedralar, elmi-tədqiqat laboratoriyalarının, kitabxanaların tamamilə müasir vəziyyətə gətirilməsi üçün atılacaq addımlardan bəhs edib. Elçin Babayev həmçinin fakültələr üzrə professor-müəllim heyəti və əməkdaşlarla görüşlər təşkil edildiyini bildirib. Ağsaqqal professorlar Vasif Babazadə, Abuzər Xələfov, İzzət Rüstəmov, Məcnun Babayev, Ağalar Abbasbəyli, Həmid Vəliyev, Cahangir Məmmədli, Təhsin Mütəllimov, Ralfrid Həsənov, Məmməd Yaqubov, Qüdrət İsmayılzadə ölkənin aparıcı ali təhsil müəssisəsi olan BDU-dakı yenilikləri təqdir etdiklərini deyib, öz fikir və təkliflərini bildiriblər.
Tələbələrin yeni dərslik və tədris vəsaitlərinə böyük ehtiyaclarının olduğunu bildirən ağsaqqallar universitetdə nəşr işlərinin keyfiyyətinə, elmi məcmuələrin fəaliyyətinin yüksəldilməsinə diqqət göstərilməsini, BDU-nun professor-müəllim heyətinin elmi əsərlərinin tələbələrin əldə edə bilməsi üçün universitetdə kitab mağazasının yaradılması və s. təkliflərlə çıxış ediblər. Təkliflər ətrafında fikir mübadiləsi aparılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi














.jpg)






















.jpg)
.jpg)
