Elm və təhsil
Azərbaycandakı seysmik təhlükə qiymətləndirildi - Tədqiqatın NƏTİCƏSİ
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birlikdə Qafqaz-Xəzər regionunda seysmik təhlükələrin qiymətləndirilməsi ilə bağlı tədqiqat aparıb.
İnstitutdan verilən məlumata görə, tədqiqat “GPS məlumatları əsasında Qafqaz-Xəzər regionunun üç ölçülü geodinamik modeli: yer qabığı deformasiyaları və seysmik təhlükələrin qiymətləndirilməsi” layihəsi çərçivəsində aparılıb. Tədqiqat zamanı Azərbaycan və qonşu ərazilər üçün seysmik sahənin 3D analizi nəticəsində minimal maqnitudlu zəlzələlərin 15-22 km dərinlikdə yerləşdiyi müəyyənləşdirilib və yer səthində GPS sürətləri əsasında dərinliyə görə paylanması öyrənilib. Əldə edilmiş 3D gərginlik paylanması ilə ətraf bölgələrə nəzərən fərqli GPS sürət xarakteristikası olan plitə daxili “domen” bölgələri müəyyən edilib.
İnstitut tərəfindən ilk dəfə olaraq, Balakən-Zaqatala, Şəki-İsmayıllı və Abşeron yarımadası seysmik zonalarında baş vermiş zəlzələlərin enerji sinfinə görə təsnifatı və qruplaşdırılması statistik təhlil edilib. Tədqiqatlar zamanı güclü zəlzələlər tərəfindən yaradılan kiçik zəlzələlərin təkrarlanma dövründən asılılığı müəyyənləşdirilib. Bu cür qiymətləndirmə üsulu seysmik təhlükələrin ehtimal qiymətləndirilməsi metodlarını təkmilləşdirməyə imkan yaradır.
Tədqiqat nəticəsində bu da müəyyən edilib ki, Abşeron arxipelaqında baş verən güclü zəlzələlərdən sonra zəlzələ ocağının yaxınlığında əmələ gələn gərginliyin yayılması ilə palçıq vulkanlarının aktivliyi arasında korrelyasiya var.
Qeyd edək ki, AMEA – CNR (İtaliya) müsabiqəsində iştirak etmək üçün təqdim edilmiş “Seysmikliyin məkan-zaman dinamikasının və GPS siqnallarının inteqrə olunmuş təhlilinə əsasən Azərbaycanın və ətraf regionların gərginlik vəziyyətinin tədqiqi“ layihəsi ekspertiza mərhələsindədir. (trend)
-
Magazin122:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu























.jpg)

.jpg)












