Elm və təhsil
“Distant təhsil qiyabi təhsilalanların sayını artıra bilər” - SORĞU
Nazirlər Kabinetinin martın 3-də verdiyi qərara əsasən koronavirus pandemiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması və yoluxma hallarının azaldılması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Publika.az Azərbaycanda fəaliyyət göstərən universitetlərin rəhbər şəxsləri və rektorlarına müraciət edərək distant təhsil və onlayn tədris prosesinin gedişatı barədə hazırladığı sorğunu təqdim edir.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı hesab edir ki, distant təhsil üz-üzə olan canlı təhsili heç vaxt əvəz edə bilməz. H.İsaxanlı qeyd edib ki, Xəzər unversitetinin bu sahədə müəyyən qədər təcrübəsinin olması onlayn təhsilə keçdiyi müddətdə çətinlik yaratmayıb:
“Bu zamanda başqa bir alternativ qalmadı. Əgər bu mümkün olsaydı bütün dünyada böyük universitetlər, universitet şəhərcikləri qurmazdılar və böyük xərclər çəkməzdilər. Çünki professorla, müəllimlə üz-üzə oturmağı, laboratoriya və praktikanı məsafədən təhsil əvəz etmir. Amma bu bəla gələndən sonra başqa seçim qalmadı. Ona görə biz də karantin elan olunandan bir gün qabaq böyük bir şəkildə universitetin Elmi Şurasının və Qəyyumlar Şurasının toplantısını keçirdik. Qərara gəldik ki, 1 həftə ərzində bütün müəllimlər istisnasız distant təhsil üzrə treninqlər keçsinlər. Çünki orada informasiya texnologiyalarının müəyyən elementlərini yaxşı bilmək lazımdır. Müəyyən konkret proqramlar var. Əslində proqramlar müxtəlifdir. Daha sadəsi “Zoom”dur, daha mürəkkəbi isə “Microsoft Team” proqramıdır və.s. Onun üzərində durduq və müzakirələr apararaq qərara gəldik. Bizim bu sahədə müəyyən təcrübəmiz var idi. İllərlə biz “modul” adlı proqramı tətbiq edirdik. Müəllimlər tələbələrə bu proqram vasitəsilə tapşırıqlar verirdilər, onlar evdə internet vasitəsilə verilənləri edirdilər. Dəqiq treyninq keçəndən sonra tədris proqramına baxaraq çox az yüngülləşdirmə olmasını istədik. Ona görə də tədris proqramında prisnipləri, çərçivələri və əsas ideyaları saxlamaqla texniki bir yüngülləşdirmə apardıq. Daha sonra tədris başladı”.
Hamlet İsaxanlı bildirib ki, distant təhsilin bir sıra çətinlikləri də var. O qeyd edib ki, tələbələrə bununla bağlı zəng edilib və elektron poçt ünvanlarına məlumatlar göndərilib. Bundan əlavə hansı müəllimlərin evlərində kompüteri yoxdursa və ya yaxşı vəziyyətdə deyildirsə onların hər biri istisnasız olaraq kompüter və laptoplarla təmin olunublar:
“Qeyd etmək istərdim ki, biz 99 faiz dərsləri onlayn sistemə keçirə bildik. 550-ə yaxın fənn tədris olunmalı idi. Onun 4 və ya 5-i ilk anda qoşula bilmədi. Onun da bəzi xüsusiyyətləti var idi. Bunlar Dizayn və digər bu kimi dərslər idi. Əsas problemlərin insanların bu sistemə alışmaması oldu. Bu alışmama onlara bir müddət çətinlik yaratdı. Digər bir məsələ isə tələbələrin hər birinin evinə getməsi idi. Onlarin bir hissəsi ucqar və dağ rayonlarında yaşayırlar. Bəzən internet kəsintisi olurdu. Ona görə belə qərara gəldik ki, müəllimlər materialları hazırlasın və hazırlanan dərsləri sayt üzərindən yerləşdirsinlər. Beləliklə həmin an dərsdə iştirak edə bilməyən tələbə başqa vaxt həmin internet ünvana daxil olaraq materialları götürə bilər. İnternetin olmaması ilə bağlı az sayda tələbənin sui-istifadə etdiyini düşündük. Biz müşahidə etdik ki, eyni kənddə qalan iki tələbədən biri dərslərə qoşula bilir, digəri isə deyirdi ki, mənim internetim yoxdur. Amma əsasən tələbələr də məsuliyyəti dərk etdilər. Çünki başqa bir yolu yox idi. Həftədə bir dəfə rəhbərliyin video-konfransı olur. Məsələni müzakirə edirlər, nə problemlər var və nəyi həll etmək lazımdır və.s. Ötən gün çox böyük “Koronavirus dövründə distant təhsilin problemləri” adlı beynəlxalq konfrans təşkil etdik. Bizim partnyorlar, Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və digə universitetlər bu konfransa qoşuldular. İngiltərədən, İspaniyada, Finlandiyadan, Macarıstan, Qazaxıstandan, qoşulanlar oldu. Amma istəyirik ki, tezliklə bizim üz-üzə görüş, canlı dərs imkanlarımız bərpa olunsun. May ayının sonunda müəyyən toplantıları, dərsləri və fəaliyyətləri bərpa etməyə çalışacağıq. Yay məktəbini təşkil etmək istəyirik”
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, ali təhsil ocağında onlayn təhsil iki cür təşkil olunub:
“İlk olaraq bunu mərkəzləşmiş şəkildə universitetin informasiya kommunikasiya texnologiyaları mərkəzinin rəhbərliyi ilə təşkil etmişik. Hazırda mühazirələr davam edir. Gün ərzində 80-90 mühazirə təqdim edilir. Demək olar ki, bütün proqrama daxil olan fənlərin mühazirə kurslarını biz artıq mərkəzləşmiş şəkildə tələbəyə çatdıra bilirik. Bundan əlavə tələbənin kabinetində yüklənmiş elektron mühazirələr də var. Yəni, yazılı mühazirələrlə yanaşı qulaq asmaq üçün onlayn mühazirələr də mövcuddur. Müəllimlər artıq özləri xüsusi proqramlardan istifadə edərək tələbələlərə məşğələ dərslərini keçir, laboratoriya dərslərini izah edirlər və kurs layihələri üçün məsləhətlər verirlər. Hər iki formada onlayn dərslərimiz davam edir”.
Gələcəkdə bu formanı inkişaf etdirəcəklərini deyən Gülçöhrə Məmmədova, distant təhsilin müəyyən üstünlüklərini qeyd edib. O hesab edir ki, bir müəllimin mühazirəsinə 10-12 qrupu eyni anda cəlb etmək mümkündür:
“Mən hesab edirəm ki, təhsil sistemi çox çevik hərəkər etdi və tez bir zamanda bu şəraitdən çıxış yolunu tapdı. Bu dərslərə qoşula bilməyən tələbələrimiz də var. Bunlar interneti zəif olan və ya heç interneti olmayan, ucqar yerlərdə yaşayan təhsilalanlardır. Biz bunların hər birini nəzərə alacağıq. Artıq universitetlərin fəaliyyəti bərpa olunandan sonra dərslərdə iştirak edə bilməyən tələbələr üçün də bu mühazirələr təşkil olunacaq. Gələcəkdə Azərbaycanda distant təhsili inkişaf etdirmək lazımdır. Uzaqdan təhsil də ənənəvi təhsilin bir hissəsi kimi ola bilər. Distan təhsil öz yerini tapsa qiyabi təhsilalanların sayı arta bilər. Biz onlayn şəkildə tələbə-müəllim arasında əlaqəni qura bildik. Gələcəkdə də hər hansısa konsultasiyalar bu şəkildə keçirilə bilər”.
Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə əlaqələr və yaradıcılıq şöbəsinin müdiri Cavid Zeynallı bildirib ki, təhsil müəssisəsi onlayn tədris platformasında dərslərə artıq martın 29-dan başlayıb:
“İlk addım olaraq, təhsildə fasilə yaranmaması üçün universitetin professor-müəllim heyəti hər cür fədakarlıq göstərib video dərslər təşkil edib, texniki imkanlar vasitəsi ilə tələbələrlə ünsiyyət yaradıblar. Bundan başqa adu.edu.az saytında yerləşdirilən resurslardan (fənn syllabuslarından, proqram, PP prezentasiya və mühazirələrdən) faydalanmaları tövsiyyə olundu. Universitetin professor - müəllim heyəti, tələbələr və doktorantlar üçün kitabxana tərəfindən DSpace rəqəmsal kitabxanada dərslik və dərs vəsaitlərini açıq PDF variantda oxumaq, köçürmək, "Google Drive"da yerləşdirmək və çap etmək imkanı yaradılıb. Vaxtaşırı partnyor universitetlərin və dünya kitabxalarının açıq giriş elan olunan linklərinin yerləşdirilməsi də bu qəbildən olan işlərdəndir”.
Şöbə müdiri qeyd edib ki, mövcud vəziyyəti nəzərə alaraq, onlayn dərslərin tənzimlənməsi istiqamətində işlər davam edir:
“ADU Təhsil Nazirliyi tərəfindən təklif olunmuş “Microsoft Teams” platformasına qoşulmaq üçün müəllim və tələbə heyətinə lisenziyalar alıb. Növbəti vacib hesab olunan addımımız müəllimlər üçün virtual təlimlərin keçirilməsidir. Universitetin rəsmi səhifəsində prezentasiyalar və vebinarların elanları yerləşdirilib. Məqsədimiz həm öyrədənlər, həm də öyrənənlər üçün yaranmış çətin vəziyyətdən çıxış yolu tapmaq və ondan səmərəli istifadə etməkdir. Fakültə dekanlarının səyləri nəticəsində cədvəl üzrə dərslərin mütəşəkkil şəkildə təşkil olunaraq məlumatlar Tədris Hissəsinə daxil olur və monitorinqi keçirilir.Məlumatın təhlili növbəti addımların müəyyən edilməsində yardımçı olur. Müntəzəm olaraq fakültə Elmi Şuraları, kafedra iclasları onlayn keçirilir və gündəlikdə olan məsələlər müzakirə olunaraq universitetin rəsmi səhifəsində yerləşdirilir”.
Akqabay Mıradov
-
Hadisə20:50
Təyyarənin “qara qutu”su TAPILDI
-
Nida Xəbər 20:10
Qəza ilə bağlı yaradılan Komissiyanın ilk iclası keçirildi - Tapşırıqlar verildi
-
Kriminal19:05
Azər Zahid haqda həbs qərarı verildi - Bu cinayətlərdə ittiham olunur
-
Hadisə18:35
Son 10 ildə baş verən ən böyük aviasiya qəzaları - STATİSTİKA
-
Sosial18:20
Bakıda yanğına görə bağlanan yol açıldı
-
Sosial17:02
Təyyarədə qəzadan öncəki dəhşətli görüntülər: Kəlmeyi-şəhadət deyir - VİDEO
-
Sosial16:35
Matəm günündə dərs olacaq? - RƏSMİ
-
Hadisə16:03
Təyyarədə olanlardan 10 nəfəri bu rayondandır - SİYAHI