Elm və təhsil
Həssas qruplardan olan tələbələrin NƏZƏRİNƏ - İyunun sonuna qədər...
“Həssas qruplardan olan tələbəyə imkan veriləcək ki, təhsil haqlarının ödənilməsi ilə bağlı sənədlərini iyunun sonuna qədər aidiyyəti üzrə təqdim etsinlər”.
Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov həssas qruplardan olan tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı deyib.
O xatırladıb ki, sənəd qəbulu iyunun 10-u başa çatır: “Məqsədimiz son tarixlə prosesi yekunlaşdırmaq deyil. Bizdə olan məlumatlar təsdiqini tapmırsa ayın sonuna kimi məlumatları dəqiqləşdirsin, sənədlərin tamlığına diqqət edilsin. İstəyimiz süründürməçilik olmadan rahat şəkildə məsələnin həllini tapmasıdır”.
Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova isə deyib ki, həssas qrupdan olan tələbələr sentyabr ayından başlayaraq dekabrın əvvəlinə kimi növbəti semestr üçün yenidən sistem vasitəsilə müraciətlərini yerləşdirə bilərlər.
Nazirlik rəsmisi vurğulayıb ki, ödənişlərlə əlaqəli yenidən müraciət edilməlidir: “Çünki tələb olunan şərtlərdə dəyişiklik ola bilər. Misal olaraq, valdiyenlərdən biri ilk müddətdə işsiz olub sonradan iş tapa və ya əksi ola bilər”.
Qeyd edək ki, bu günədək elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252, magistratura səviyyəsində təhsil alan 1 061, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2 547, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1 939 və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib. (report)
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi














081218_2.jpg)










.jpg)















