Elm və təhsil
İkili diplom almaq istəyənlər üçün sənəd qəbulu başladı
Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə ikili diplom proqramına əsasən, “Təhsil” ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu elan edilir.
Təhsil Nazirliyindən Publika.az-a verilən məlumata görə, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Corc Vaşinqton Universitetinin magistratura səviyyəsi üzrə birgə ikili diplom proqramına müraciət etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ayrıca imtahan keçiriləcək.
2020-ci ilin iyul ayı ərzində keçirilməsi nəzərdə tutulan imtahanda bakalavriat səviyyəsinin “Təhsil” ixtisasları, “Humanitar və sosial” ixtisaslar, “İqtisadiyyat və idarəetmə” ixtisasları və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən və 2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak etməyən cari və əvvəlki illərin məzunları iştirak edə bilərlər.
2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak edərək müsabiqə şərtlərini ödəyən, lakin daha əvvəl sözügedən proqrama ADPU tərəfindən aparılan sənəd qəbulunda iştirak etməyənlər də proqrama müraciət edə bilərlər.
İkili diplom proqramında təhsil almaq istəyən namizədlərin müraciətlərinin qəbulu ADPU tərəfindən 20 iyul 2020-ci il tarixinədək davam etdirələcək.
-
Kriminal00:45Tovuzda kütləvi dava: Ölən və yaralanan var - YENİLƏNDİ
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan


























.jpg)









