Elm və təhsil
Ramiz Mehdiyev sərəncam imzaladı: yaşı 65-dən yuxarı olanlar.... - VİDEO
Video əlavə olunub.
xxx
AMEA prezidenti, akademik Ramiz Mehdiyev “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının iş rejimində məhdudiyyətlərin tətbiq edilməsi haqqında” Sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, sərəncama əsasən, AMEA-nın elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 20 faizindən çox olmamaq şərti ilə həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsinə icazə verilir.
Sənəddə, həmçinin iş rejiminin saat 10:00-dan 19:00-dək müəyyən olunması və yaşı 65-dən yuxarı olan işçilərin işə cəlb edilməsinə yol verilməməsi qeyd olunub.
Sərəncamda işə cəlb edilmiş işçilərin “COVID-19” infeksiyası ilə bağlı sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə ciddi riayət etmələrinin təmin edilməsi, eləcə də yay mövsümü üzrə əmək məzuniyyəti qrafikinə uyğun olaraq işçilərə əmək məzuniyyətinin verilməsinin həyata keçirilməsi də əksini tapıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün sözügedən şəhər və rayonların ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)

