Elm və təhsil
DİM sosial şəbəkə istifadəçilərinə müraciət etdi
Dövlət İmtahan Mərkəzi (DİM) sosial şəbəkə istifadəçilərinə müraciət edib.
Mərkəzdən Publika.az-a verilən məlumata görə, son vaxtlar yenə də “Facebook” və xüsusilə “Instagram” sosial şəbəkələrində Dövlət İmtahan Mərkəzinin icazəsi olmadan Mərkəzin adından və loqotipindən (emblemindən) istifadə olunmaqla bir neçə saxta səhifə və qrup yaradılıb. Bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, müxtəlif hazırlıq kurslarının reklamı, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirilir.
Bəzi səhifə və qruplar “profil” şəkli və “örtük” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışır, səhifəni idarə edən şəxslər özlərini DİM əməkdaşları kimi təqdim edirlər. Bu tip səhifələr Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatlara istinad etmədən onların üzünü köçürməklə öz səhifələrində paylaşım edirlər. İstifadəçilərin onlara ünvanladığı suallara da təhrif olunmuş, yanlış cavablar verirlər:
"Bir daha sosail şəbəkə istifadəçilərinə diqqətli olmağı və Dövlət İmtahan Mərkəzinin adından yaradılmış oxşar səhifə və qruplara üzv olmamağı tövsiyə edirik. Xatırladaq ki, Azərbaycan Respublikasının “Dövlət İmtahan Mərkəzi” söz birləşməsi və loqotipi (emblemi) Azərbaycan Respublikasının əmtəə nişanlarının Dövlət reyestrində qeydiyyata alınmış ona məxsus əmtəə nişanıdır.
“Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə uyğun olaraq Dövlət İmtahan Mərkəzinin razılığı olmadan ona məxsus əmtəə nişanından istifadə edilməsi qeydə alınmış əmtəə nişanına dair hüquqların pozulması sayılır.
Dövlət İmtahan Mərkəzinin 195 mindən artıq izləyicisi olan “Facebook” (https://www.facebook.com/stateexamcenter/ ) və 27 mindən artıq izləyicisi olan “Instagram” (https://www.instagram.com/stateexamcenter/) hesabı fəaliyyət göstərir. Bundan əlavə, Mərkəzin “Twitter” (https://twitter.com/stateexamcenter) və “Telegram” (https://t.me/stateexamcenter) hesabları da mövcuddur. İstifadəçilərdən yalnız yuxarıda qeyd olunan səhifələri izləməyi və burada verilən məlumatlara istinad etməyi tövsiyə edirik".
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)