Elm və təhsil
Təhsil haqları artırılır? - Ekspertdən AÇIQLAMA
Sosial şəbəkələrdə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin təhsil haqqı kimi təqdim edilməsi anlaşılmazlıq yaradıb.
Publika.az xəbər verir ki, məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, Baş Nazir Əli Əsədovun yeni qərarı təhsil haqlarının artırılması demək deyil:
“Təhsil haqları o qədər artırılmır. Qeyd olunan məbləğ break-even point (zərərsizlik nöqtəsi) və ya adambaşına düşən təhsil xərcidir. Misal üçün, keçən il eyni cədvəldə Heykəltəraşlıq 6000 manat idi, amma abituriyent 4 jurnalında 2500 manat idi. Və ya 2019-cu ildə eyni cədvəldə dirijorluq 3900 manat idisə, abituriyent 4 jurnalında 2000 manat idi. Və ya Müalicə işi müvafiq cədvəldə 5400 manat idisə, abituriyent jurnalında 4500 manat idi. Baş nazirin bugünkü qərarı təhsil haqqının artırılması demək deyil”.
Qeyd edək ki, qərara əsasən ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
