Elm və təhsil
Övladını məktəbə göndərib-göndərməməklə bağlı valideyn QƏRAR VERƏCƏK
Həm məktəb daxilində müəyyən qaydalara əməl edilməsi, həm də məktəbə uyğun olmayan ərazilərdə qaydalara riayət olunması vacibdir.
Publika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib:
"Məktəblinin dostu" layihəsi pandemiya dövründə məktəblərlə əməkdaşlıq edəcək. Belə ki, onlar məktəb daxilində şagirdlərin temperaturunu ölçəcək. Simptomları olan şəxslərin, onlarla təmasda olanların müəyyənləşdirilməsində "Məktəblinin dostu" kömək edəcək.
Əgər hansısa uşağın qızdırması varsa, valideynlərə həmin övladlarını məktəbə göndərməməyi tövsiyə edirik".
O bildirib ki, paralel olaraq distant təhsil davam etdiyi üçün övladını məktəbə göndərib-göndərməmək seçimi birbaşa valideyndən asılıdır: "Aparılan sorğular zamanı bəzi valideynlər məktəbləri təhlükəli hesab etsə də, bəziləri məktəblərin açılmasını istədi. Bu səbəblə valideyn fənlərdən asılı olaraq övladının dərslərə onlayn qaydada qoşulmasını seçə biləcək".
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq







.jpg)









.jpg)
.jpg)



















