Elm və təhsil
Peşə təhsili üzrə müəllimlərin işə qəbulu üçün müraciət başa çatdı
2020/2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə müəllimlərin işə qəbulu müsabiqəsinin elektron müraciət mərhələsi başa çatıb.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən Publika.az-a bildirilib ki, ümumtəhsil fənn müəllimi, ixtisas müəllimi və istehsalat təlim ustası vakansiyaları üzrə aparılan müsabiqəyə 2 min 91 müraciət daxil olub. Müraciətçilər arasında ümumtəhsil fənn və ixtisas müəllimləri vakansiyalarına maraq daha yüksək olub.
Elektron müraciət mərhələsi üzrə müsabiqənin nəticələrinin oktyabrın 7-də elan edilməsi nəzərdə tutulur. Müsabiqədə iştirak edən şəxslərin nəticələri və müsahibə mərhələsinə dəvət barədə məlumatlar şəxsi kabinet bölümündə yer alacaq. Müsabiqə tələblərinə cavab verən müraciətçilər üçün oktyabrın 8-dən 17-dək müsahibə həyata keçiriləcək. Müsahibə mərhələsinə seçilən namizədlərə müsahibənin keçirilmə tarixi, saatı və yeri haqqında həm şəxsi kabinet bölümü vasitəsilə, həm də müsahibə öncəsi telefon vasitəsilə məlumat veriləcək. Müsahibə zamanı namizədə ixtisas, pedaqogika və metodika sahəsi üzrə biliklərinin, həmçinin şəxsi keyfiyyətlərinin müəyyənləşdirilməsi üçün müvafiq suallar təqdim ediləcək. Seçim zamanı müraciətçinin əmək stajı, ümumi pedaqoji stajı, yaşı, şəxsi keyfiyyətləri, xarici dil və İKT bacarıqları nəzərə alınacaq.
Qeyd edək ki, müsabiqədə ümumtəhsil fənn müəllimlərinin seçimi zamanı isə namizədin MİQ və diaqnostik balı əsas götürüləcək. Müsahibəni uğurla başa vuran namizədlər müraciət etdiyi vakansiya üzrə işlə təmin ediləcək.
Məlumat üçün bildirək ki, peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsi çərçivəsində 257 vakant yer elan edilib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
