Elm və təhsil
Tədris dövlət hesabına aparılarsa, bu baş verər - Nazir AÇIQLADI
Azərbaycanda təxminən 182 min tələbə təhsil alır. Onlardan 167 mini bakalavr, 15 mini magistr təhsili alır.
Publika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, 11 500 tələbəyə ölkə rəhbərliyinin xüsusi sərəncamı ilə sosial yardım göstərilib, təhsil haqqından azad ediliblər: "Bu gün orta statistikaya görə, 100 tələbədən 56-sı dövlət hesabına təhsil alır. Eyni zamanda, son illərdə dövlət sifarişli əsaslarla təhsil almağa 92 faiz tələbə layiq görülüb. 2020-ci ildə 22 681 tələbə dövlət sifarişli təhsil alıb. Koronavirus pandemiyası səbəbilə güzəşt olunan tələbələri nəzərə aldıqda, 60 faiz birinci kurs tələbəsi dövlət hesabına təhsil alır. Doğrudur, bir qisim tələbə təhsil haqlarını ödəmək baxımından çətinlik çəkib".
Nazir qeyd edib ki, bəzi hallarda təhsil haqqının dövlət hesabından ödənilməsi barəsində fikirlər səslənir: "Dövlət sosial meyar, ehtiyac üzərindən və tələbənin bacarıqları üzərindən dövlət əsaslı təhsil təklif edir. Əgər tədris dövlət hesabına aparılarsa, bu zaman rəqabət prinsipi pozulur. Eyni zamanda, təhsil haqları Azərbaycanda vergi güzəştləri əsasında aşağı məbləğdədir. Ölkədə bakalavr səviyyəsi üzrə təhsil haqları orta hesabla 2500 manatdır".
Nazir bildirib ki, ölkəmizdə müəyyən sayda tələbənin təhsil haqqını ödəməsilə bağlı problemi var.
Onun sözlərinə görə,bu il ərzində təhsil kreditləri ilə bağlı həm Milli Məclis, həm də hökümət tərəfindən müvafiq qərar qəbul edilməsi ilə bağlı planlar var: "Bunun bir həll yolu olduğunu hesab edirəm. Bu kreditlərin iki istiqamətdə olmasını düşünürük. Belə ki, biri faizsiz kreditlərdir ki, sosial baxımdan həssas olanlara, digəri isə tələbənin bacarıqlarına əsasən hesablanır. Bakalavr səviyyəsində 16500, magistrada isə 1100 nəfər dövlət hesabına təhsil alır".
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp





























.jpg)
.jpg)





