Elm və təhsil
AMEA-da İSLAHAT: Ramiz Mehdiyev yeni idarə və şöbə yaratdı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti aparatında inzibati-idarəçilik fəaliyyətinin təşkili, aparatın strukturundakı idarə və şöbələrin fəaliyyətinin əlaqələndirilməsi, icra mexanizminə nəzarət məqsədilə AMEA Rəyasət Heyəti Aparatının rəhbərliyi yaradılıb.
Publika.az xəbər verir ki, bu barədə AMEA prezidenti Ramiz Mehdiyevin imzaladığı “AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında” qərarda öz əksini tapıb.
Qərarda qeyd olunub ki, AMEA-nın elmi müəssisə və təşkilatları üçün ayrılmış büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti gücləndirmək, bu istiqamətdə şəffaflığı təmin etmək məqsədilə AMEA Rəyasət Heyəti Aparatının Maliyyə şöbəsinin strukturunun və idarəedilməsinin yeniləşdirilməsi istiqamətində konkret tədbirlər həyata keçiriləcək.
Eyni zamanda AMEA üçün ayrılmış büdcə vəsaitlərinin Akademiyanın elmi müəssisə və təşkilatları tərəfindən maddi-texniki təchizat, xidmət və digər tələbatların ödənilməsi üzrə istifadəsinə mərkəzi nəzarəti gücləndirmək, bu sahədə şəffaflığı və səmərəliliyi artırmaq üçün aparatın strukturunda Xüsusi təchizat və xidmət idarəsi yaradılıb.
AMEA-nın elmi müəssisə və təşkilatlarında təsərrüfat, təchizat, texniki təminat və digər bu istiqamətlər üzrə fəaliyyətin yeni əsaslarla təşkili üçün Təchizat və xidmət şöbəsi yaradılıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
