Elm və təhsil
Qərbi Kaspi Universitetinin tələbələri təhsillərini İspaniyada davam etdirəcəklər
İspaniyanın Kastilya Dizayn İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında Avropa Birliyi təhsil proqramı olan Erasmus+ çərçivəsində imzalanan tərəfdaşlıq müqaviləsinə əsasən Qərbi Kaspi Universitetinin bakalavr pilləsinin Dizayn sahəsi üzrə təhsil alan iki tələbəsi 2021/2022 akademik ilinin payız semesterində Kastilya Dizayn İnstitutunda təhsil alacaq.
Publika.az xəbər verir ki, təhsil müddəti 4 ayı əhatə edəcək və hər ay ərzində tələbəyə yaşayış xərclərini qarşılamaq üçün 850 avro dəyərində təqaüd veriləcək, həmçinin tələbənin səyahət xərcləri də Erasmus+ proqram tərəfindən qarşılanacaq.
Bu məqsədlə Qərbi Kaspi Universiteti tələbələri arasında açıq müsabiqə elan edir. Müsabiqədə hal-hazırda Dizayn ixtisası üzrə təhsil alan II və III kurs tələbələri iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün ingilis dilini bilmək mütləqdir.
Bu imkandan yararlanmaq istəyən tələbələr aprelin 22-ə qədər CV və Motivasiya məktublarını ingilis dilində [email protected] ünvanına göndərə bilərlər.
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Kriminal2 Noyabr 21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa2 Noyabr 21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ2 Noyabr 19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə2 Noyabr 18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə2 Noyabr 18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 2 Noyabr 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika2 Noyabr 12:50Ərdoğan İlham Əliyevi təbrik etdi







.jpg)




.webp)





















.jpg)
.jpg)

