Elm və təhsil
Bu tələbələrə güzəşt ediləcək - Nazir
Tələbə kreditləri daha çox dövlət sifarişi qalmaqla yanaşı, öz hesabına təhsil alan tələbələri əhatə edəcək. Burada məqsəd ali təhsilin hər kəs üçün əlçatan edilməsidir.
Publika.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində Təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bununla sosial həssas qruplardan olan vətəndaşların ali təhsil almaq imkanı artacaq: "Növbəti tədris ilindən daha çox tələbənin maliyyələşməsini təhsil tələbə kreditləri ilə həyata keçirə biləcəyik. Qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra, növbəti tədris ilindən tətbiq ediləcək".
Nazir bildirib ki, tələbə kreditləri iki qrupa veriləcək: "Birincisi sosial həssas ailə qruplarından olan tələbələrə və standart qrupa aid olan tələbələrə veriləcək. Təhsil tələbə kreditləri veriləndə ilkin mərhələdə ehtiyacla yanaşı, giriş balları da nəzərə alınacaq. Yüksək bal burada öncüllük rolu oynayacaq. Bununla rəqabətliliyi də tətbiq edə biləcəyik. Əgər kreditlər verildikdə tələbənin qiymətləri yüksəkdirsə, güzəştlər də nəzərdə tutulacaq. Təhsil tələbə krediti kommersiya yox, təhsilin əlçatanlılığı xarakteri daşıyır. Fond dövlət büdcəsindən maliyyələşir. Tələbə öz təhsilini bitirdikdən sonra təxminən 20 il ərzində vəsaiti ödəyə biləcək. Tələbəyə hərbi xidmətdə olduğu müddətdə, yaxud da işləmədiyi müddətdə kiçik möhlət hüququ veriləcək".
Nazir əlavə edib ki, tələbə kreditləri birbaşa olaraq tələbənin oxuduğu universtetin hesabına köçürüləcək.
Onun sözlərinə görə, kreditlərin ödənməsini Təhsil Tələbə Kredit Fondunun Əmanətlər Şurası müəyyən edəcək: "Ola bilər ki, tələbə təhsil haqqının bir hissəsini öz büdcəsi ilə, digərini kreditlərlə ödəyəcək. Tələbə kreditləri əlavə seçim olaraq tələbələrə təqdim edilir. Bir daha qeyd edim ki, kreditlərin verilməsi təhsil tarixində irəliyə doğru addımdır və təhsildə böyük imkanlar yaradır".
-
Sosial07:35Toy mövsümü bu tarixdən başlayır
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi















.png)













.jpg)
.jpg)





