Elm və təhsil
6 direktora töhmət verildi, 62-i isə...
26 may-9 iyun tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə Bakı, Abşeron, Sumqayıt, Gəncə və Şəki ərazisində yerləşən 137 məktəbdə monitorinq aparılıb.
Publika.az xəbər verir ki, Monitorinq Təhsil Nazirliyinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib.
Monitorinq nəticəsində yoxlama aparılmış 68 dövlət məktəbində müxtəlif sayda qayda pozuntuları aşkar edilib. Qayda pozuntuları aşkar edilmiş ümumi təhsil müəssisələrinin rəhbərləri ilə bağlı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdıqlarına görə müvafiq qaydada intizam tədbirləri görülüb. Belə ki, 1 məktəb rəhbərinə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 5-nə töhmət verilib, 62-nə isə xəbərdarlıq edilib.
Qeyd edək ki, monitorinqlərin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın qüvvədə olduğu müddət ərzində ölkəmizin müxtəlif regionlarında yerləşən və təsadüfi seçim əsasında müəyyən edilmiş digər məktəblərdə də həyata keçirilməsi nəzərdə tutulur.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)
























.jpg)

.jpg)