Elm və təhsil
Təhsil Nazirliyi imtahan suallarının çətin olduğunu təsdiqlədi
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu imtahanlarında iştirak edən namizədlərin narazılığı ilə bağlı məlumat yayıb.
Publika.az xəbər verir ki, məlumatda Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, 5 iyul tarixindən etibarən baş tutmuş müəllimlərin işə qəbulu müsabiqəsinin imtahan mərhələsində istifadə edilmiş sualların elmi-statistik təhlili aparılıb.
O qeyd edib ki, aparılmış elmi-statistik tədqiqat çərçivəsində müxtəlif fənlər üzrə 5,040 test tapşırığı əhatə olunmaqla sualların məzmun xüsusiyyətləri, çətinlik dərəcəsi, diskriminasiya əmsalı təhlil edilib: “12 iyul tarixində keçirilmiş ibtidai sinif, 23 və 26 iyul tarixlərində keçirilmiş Azərbaycan dili və ədəbiyyat müəllimliyi üzrə seanslarda istifadə edilmiş test tapşırıqlarının bu fənlər üzrə digər tarixlərdə keçirilmiş seanslarda istifadə edilmiş test tapşırıqlarından çətinlik dərəcəsinə görə fərqləndiyi müəyyən edilib. Bu seanslarda texniki xüsusiyyətləri baxımından fərqlənən test tapşırıqlarına görə namizədlərə əlavə ballar veriləcək.
Qeyd edilən tarixlərdə imtahanlarda iştirak etmiş namizədlər üçün təkrar imtahan imkanı da yaradılacaqdır. İmtahanlarda iştirak könüllü xarakter daşıyır. Təkrar olaraq imtahanlarda iştirak edən namizədlərin vakansiya seçimi mərhələsində son imtahan nəticəsi nəzərə alınacaq.
Müəllimlərin işə qəbulu müsabiqəsində ədalətli rəqabət mühitinin qorunub saxlanılması Təhsil Nazirliyinin əsas məqsədidir.
Qeyd edək ki, təkrar imtahan vermək arzusunda olan namizədlər 28 iyul saat 11:00-dan 30 iyul saat 23:59-dək şəxsi səhifəyə daxil olaraq “müraciət et” butonuna klikləməklə qeydiyyatdan keçərək təkrar imtahanda iştirak edə bilər”.
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi












.jpg)


















.jpg)



.jpg)

