Elm və təhsil
Təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib - Nazir
Azərbaycanda təhsil müəssisələrində çalışanların 80 faizə qədəri vaksinasiyadan keçib. Bu günədək 169 869 təhsil işçisi birinci doza, 154 654 təhsil işçisi isə ikinci doza vaksin olunub.
Publika.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, ölkədə vaksinasiya olunanların sayı artmaqdadır və bu sayın artması ümumi vəziyyətə müsbət təsir edir.
O bildirib ki, son həftələrdə vaksinasiyanın sürətləndirilməsi vəziyyətin daha da yaxşılamasına gətirib çıxaracaq. Nazir qeyd edib ki, dərslərin 2 həftə gec başlamasının əsas səbəbi isə hazırkı epidemioloji göstəricilərdir: "Hazırda yoluxmaların 5 faizini şagirdlər, 5 faizini isə müəllimlər təşkil edir. Dərslərə dərhal başlamamağımızın əsas səbəbi də məhz budur, əks halda, məktəblər distant təhsil rejiminə keçid etməli olurlar".
Nazir bildirib ki, bütün təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli, yaxud əks-göstəriş arayışı təqdim etməlidirlər. Bəzi müəllimlərimiz var ki, vaksin vurdurmaqdan imtina edirlər: "Amma bu, kollektiv üçün faydalıdır. Biz əks-göstərişi olanları vaksinə məcbur etmirik. Sadəcə olaraq 80 faizə qədər işçi vaksin vurdurubsa, bu, istəyə bağlı yox peşəkarlığa bağlı olmalıdır".
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
