Elm və təhsil
Xüsusi təhsil müəssisələrində işləmək istəyənlərin NƏZƏRİNƏ
Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə dəvət olunan namizədlərin şəxsi səhifələrinə məlumat göndərilib.
Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzindən Publika.az-a verilən məlumata görə, xüsusi təhsil müəssisələrinə işə qəbul üçün müsahibələr 16-17 sentyabr tarixlərində S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında keçiriləcək.
Müraciət edən namizədlər arasından yaşayış yeri və imtahan nəticəsi nəzərə alınmaqla 80 namizəd seçilib və onlar müsahibəyə dəvət edilib.
Namizədlərdən müsahibəyə gələrkən bütün zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura, eləcə də yenidənhazırlanma təhsili haqqında sənədin əsli və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni) özü ilə gətirmək tələb olunur.
Müsahibə zamanı qeyd olunan sənədlər, xüsusilə elektron ərizədəki "Təhsil haqqında məlumatlar" bölməsində qeyd edilən təhsil pillələrinə dair bütün sənədlər yoxlanılacaq.
Müsahibəyə dəvət olunan namizədlərin seçimi zamanı onların biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyəti yoxlanılacaq.
Müsahibədə uğur qazanan şəxslərlə 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.
Qeyd edək ki, vakansiya seçimi 7-9 sentyabr tarixlərində həyata keçirilib və seçimlərdə 2138 namizəd iştirak edib.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
