Elm və təhsil
Ali məktəblərdə mühazirələr onlayn keçirilə bilər
"Pandemiyanın davam etdiyini nəzərə alaraq ali təhsil müəssisələrində auditoriyalarda çox sayda tələbənin olmasının əleyhinəyik. Biz aidiyyəti ali təhsil müəssisələrinin təklif verməsini gözləyirik. Alternativlər universitet rəhbərlikləri ilə müzakirə olunur".
Bunu Təhsil Nazirliyinin Elmi, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli açıqlamasında deyib.
Şöbə müdirinin sözlərinə görə, təkliflər təxminən ondan ibarətdir ki, mühazirə dərslərində auditoriyada tələbələrin sayı çoxdursa bu halda həmin dərslər onlayn keçirilsin: "Yaxud da bir çox universitetlər təklif edir ki, təhsil növbəli şəkildə olsun. Belə olan halda onlar hesab edir ki, auditoriyada böyük kütlənin toplanmasının qarşısı alınacaq. Ona görə də bu işi böyük ehtimalla, təbii ki, Təhsil Nazirliyi ilə razılaşdırmaq şərti ilə universitetlərin öz öhdəsinə buraxacağıq ki, təklif etdikləri həll yollarını icra etsinlər".
O həmçinin xatırladıb ki, ali və orta ixtisas təhsil müəssisələrində ənənəvi tədrisin təşkili qaydaları ilə bağlı yaxın günlərdə Nazirlər Kabinetinin mövcud "Xüsusi karantin rejimi dövründə tədrisin təşkili ilə bağlı qərarına dəyişikliyin qəbul edilməsi gözlənilir. (report)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
