Elm və təhsil
Atalığı tərəfindən zorlanaraq uşaq dünyaya gətirən 11 yaşlı qızla bağlı YENİ XƏBƏR
İmişlidə atalığı tərəfindən zorlanan və sığınacağa yerləşdirilən 11 yaşlı qızın son durumu açıqlanıb.
Publika.az-ın xəbərinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, yeniyetmənin vəziyyəti ilə bağlı məsələlər təmsil etdiyi qurumun nəzarətindədir və yeniyetmənin vəziyyəti yaxşıdır.
Onun sözlərinə görə, Dövlət Komitəsinin əməkdaşları mütəmadi olaraq qızın vəziyyəti ilə maraqlanırlar:
"O, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin müəssisəsindədir. Psixoloji durumu yaxşıdır, tibbi heyət onun səhhətini daimi nəzarətdə saxlayır. Artıq qız fərdi terapiyadan qrup terapiyasına keçib. Bu da onun vəziyyətinin yaxşı olduğunun göstəricisidir. Müəssisədə uşağın reabilitasiyası ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında həyata keçirilir. Burada onun sosial, psixoloji və digər tələbatları qarşılanır. Uşağın sosial reabilitasiyası müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirilir. Eyni zamanda qardaşı da onunla birlikdə həftədə 3 dəfə məktəb proqramlarına, kurslara cəlb olunub".
Xatırladaq ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.
11 yaşlı qızın övladı Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Hamiləlik patologiyası şöbəsində qeysəriyyə əməliyyatı ilə 31-ci həftəsində dünyaya gəlmişdi. Körpə xəstəxanada ölüb.
Qız, anası və qardaşı Sosial Xidmətlər Agentliyinin müəssisə və sığınacağına yerləşdiriliblər.
-
İqtisadi gündəm07:15İlon Maskın sərvəti buxarlandı - 650 milyard dollarlıq itki
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var












.png)
















.jpg)
.jpg)





