Elm və təhsil
“Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” təqdim olundu
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət İmtahan Mərkəzinin, Bakı Dövlət Universitetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsinin 15 illiyinə həsr olunmuş “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” adlı vəsaitin təqdimat mərasimi keçirilib.
Publika.az xəbər verir ki, “Dövlət qulluğunda gender bərabərliyi üzrə Kurikulum” dövlət idarəetməsində və qərarqəbuletmədə gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlərin davamı olaraq, cari ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət İmtahan Mərkəzinin, Bakı Dövlət Universitetinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun, eləcə də “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” BMT Konvensiyasının, Avropa Şurasının “Gender bərabərliyi Strategiyası”nın müvafiq bəndlərinin icrası məqsədilə hazırlanıb və çap edilib.
Beynəlxalq konvensiyalara və milli qanunvericiliyə əsasən hazırlanan Kurikulum bu sahədə yaxşı təcrübənin formalaşdırılması, səmərəli idarəçilikdə gender bərabərliyinin daha yaxşı təşviq edilməsi, dövlət qulluğuna qəbul zamanı sualların gender analizinin aparılması, dövlət qulluqçularının gender bərabərliyi sahəsində təlimatlandırılması və gender məsələlərinə dair həssaslığın artırılması, dövlət qulluğu sistemində gender bərabərliyinin təmin edilməsi sahəsində bərabər imkanlar, iş yerində seksual qısnama hallarının aradan qaldırılması istiqamətində tədbirlər barədə onların məlumatlandırılması və digər məsələlər baxımından əhəmiyyətlidir.
Kurikulum “Konseptual Mövqe”, “Kurikulumun Məqsədləri, Prinsipləri və Məzmunu”, “Dövlət qulluğunda fəaliyyətin qiymətləndirilməsi” adlı 3 fəsildən və “Kurikulumun icrasının təmin edilməsi ilə bağlı Tövsiyələr”dən ibarətdir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)