Elm və təhsil
Ölkədə distant təhsilə keçən məktəblərin sayı açıqlandı
Yoluxma saylarını Təhsil Nazirliyi olaraq izləyirik. Son həftələrdə yoluxma sayında sabitlik yaranıb. Hazırkı şəraitdə daha az sayda məktəb, daha az sayda sinif bağlanıb.
Publika.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil naziri Emin Əmrullayev deyib.
O bildirib ki, il ərzində 62 məktəb distant təhsilə keçib və onların əksəriyyəti artıq ənənəvi təhsilə geri qayıdıb: "Əgər bu şəkildə davam edərsə, tədrisin distant təhsilə keçirilməsi ilə bağlı növbəti həftələrdə problem görmürük. Lakin pandemiya davam edir, gündəlik 1500-2000 yoluxma sayı qeydə alınır. Ölkə üzrə yoluxmaları vaksinasiya sayəsində nəzarətdə saxlaya bilirik. Son məlumatıma görə, təhsil müəssisələrində çalışan 90 mindən artıq heyət 3-cü doza peyvənd olunub. 150-180 gün aralığında buster dozanın vurulduğunu nəzərə alsaq, təhsil işçilərinin 90 faizdən artığı buster doza peyvəndi vurdurub. Bu gün yaxından ünsiyyətdə oluruqsa, bunu vaksinasiyaya borcluyuq".
Müəllimlərin sertifikasiyasından danışan nazir qeyd edib ki, növbəti ildə buna başlanılacaq: "Hazırda müəllimlərin sertifikasiyasının gecikməsinin başlıca səbəbi pandemiya şəraitidir. Pandemiya davamlı və uzunmüddətli olduğu üçün savadsız kəsilmənin olmasını istəmirik. Müəllimlərimizin sertifikasiyaya cəlb olunması prosesi başlanılacaq. Sertifikasiyada birinci mərhələdə aşağı nəticə toplamış müəllimlər var ki, onlar işlərdən uzaqlaşdırılmır".
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nd - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi










.jpg)





















.jpg)


