Elm və təhsil
Burda qəbul ola bilməyənlərə şirin vədlər verirlər... DİM sədri
İxtisas seçimi zamanı düzgün qərar qəbul etmək abituriyentin qarşısında duran ən əhəmiyyətli məsələdir. Bu zaman mövcud müsabiqə vəziyyəti, abituriyentin imtahan nəticələri, onun istəyi, ailənin imkanları nəzərə alınmalıdır. İlk növbədə hər kəs bu məsuliyyəti dərk etməli və şəxsən özü öz seçimini etməlidir.
Publika.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O ixtisas seçimi zamanı özünü mütəxəssis kimi təqdim edənlər münasibətini bildirib: "Son vaxtlar sosial şəbəkələri monitorinq etdikdə biz müəyyən qrupların, ayrı-ayrı şəxslərin özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini elan edən reklamlarını görürük.
Sanki mövsüm gələndə hamı mütəxəssisə çevrilir. Lakin təcrübəmizə əsaslanaraq deyə bilərik ki, ixtisas seçimini başqalarına həvalə etmək düzgün deyil. Onlar heç bir əsası olmadan özləri özlərini ekspert adlandırır və kimlərisə öz yanına pul müqabilində xidmət göstərməyə dəvət edirlər. Belə insanlara etibar etmək olarmı? Hətta burda qəbul ola bilməyənlərlə bağlı şirin vədlər verirlər ki, gəlin attestatla sizi xaricdə təhsil almağa göndərək.
Heç bir nüfuzu, reytinqi olmayan universitetlər də onları qəbul edir. Sonda necə olur? Məgər o diplomların hamısı bizim ölkədə tanınırmı? Həmin universitetlərin məzunları lazımi mütəxəssis ola bilirlərmi? Bu sualları hamı özünə verməlidir".
DİM sədri imtahanda uğursuz nəticə əldə edən abituriyentlərə məsləhətini verib:
"Ola bilsin siz bu il zəif hazırlaşmısınız və istədiyiniz yerə qəbul ola bilməmisiniz. Bu son deyil axı. Siz yenə də hazırlaşıb ali məktəbə qəbul ola bilərsiniz. Bu mərhələdə də biz sizə dəstək verməyə hazırıq. DİM-in e-psixoloq.az portalı var. Orada siz həm psixoloji dəstək ala bilərsiniz, həm də təhsil karyeranız, istək və bacarıqlarınıza uyğun peşələrin müəyyən edilməsi üçün psixoloji testlərdən keçə bilərsiniz. Bu imkanlardan yararlanmaq lazımdır.
İxtisas seçimi ailə çərçivəsində müzakirə olunmalıdır. Valideynlə ödənişli və ya dövlət sifarişli yerləri yazmaqda məsləhətləşmək lazımdır. Və ya hansı regionda yerləşən universiteti yazmağı seçəndə orada oxumaq, qalmaq imkanları sizə ən yaxın insanlarla müzakirə olunmalıdır. Ona görə də hər kəs öz strategiyasını müəyyən etməlidir. Burada iki növ strategiya ola bilər. Birinci halda abituriyentlər yalnız konkret ixtisası seçirlər.
Bu il alınmasa, gələn il də cəhd etmək olar. Əsas odur ki, siz məqsədinizdən dönməyəsiniz. Müsabiqə vəziyyətinin reallıqlarını da nəzərə alıb qərar vermək lazımdır. İkinci halda isə abituriyentlərin hansı ixtisasda və ya ali məktəbdə oxumasının heç bir fərqi olmadığını görürük. Onların məqsədi yalnız ali məktəbə qəbul olmaq olur".
-
Sosial01:11Sağ ikən özünə “QR kod”lu başdaşı düzəltdirdi - VİDEO
-
Avropa00:42Zelenskidən YENİ MESAJ: "Vacib günlərdir və çox şey dəyişə bilər"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Nəticələr sizi sevindirəcək
-
Magazin130 Noyabr 23:48"Televiziyaları elə rəzil hala salıblar ki..." - FOTO
-
Art30 Noyabr 22:48Polad Bülbüloğlunun oğluna YENİ VƏZİFƏ VERİLDİ
-
Avropa30 Noyabr 22:36“Zelenski Yeni ildə istefa verəcək”
-
Magazin130 Noyabr 21:48"Kişi elə gəzməlidir ki, qadın bilməsin"
-
Avropa30 Noyabr 21:36101 yaşlı bodibilder uzunömürlülüyün SİRRİNİ AÇDI - VİDEO








































