Elm və təhsil
Qəbul imtahanlarının nəticələri NƏLƏRİ ÜZƏ ÇIXARDI? - DETALLAR
“Bu il ali məktəblərə tələbə qəbulunu ilk yerləşmələrdən sonra qaneedici hesab etmək olar. Çünki, abituriyentlərin böyük əksəriyyəti dövlət sifarişi əsasında qəbul olunub. I ixtisas qrupunda isə bu nəticə daha yüksəkdir”.
Bu sözləri Publika.az-a söyləyən təhsil eksperti Elçin Əfəndi bildirdi ki, həm dövlət sifarişli, həm də ödənişli əsaslarla əsas ixtisas qrupları üzrə boş qalan yerlərin sayı kifayət qədərdir:
“Bu say ödənişli əsaslarla olan ixtisaslarda çox, dövlət sifarişli ixtisaslarda azdır. Ötən illə müqayisədə bu il I, IV və V ixtisas qruplarında qəbulun nəticələri daha yüksək oldu. Ancaq II və III qruplarda 500 baldan yuxarı nəticə göstərən abituriyentlər az oldu. Bu da ötən illə müqayisədə həmin ixtisaslarda keçid balının bir qədər aşağı enməsi ilə nəticələndi. Bununla belə, qəbul planını və qəbul olanların sayını nəzərə alsaq, ötən ilə baxanda bu il yerlərin çoxu tutulub. Yalnız bir neçə universitetdə yerlərin 95-97 faizi dolub”.
Cari ildə ali təhsil müəssisələrinə II tur qəbul üçün ixtisas qrupları üzrə ümumilikdə 3040 plan yerinin boş qaldığını söyləyən ekspertin sözlərinə görə, onların da 683-ü dövlət sifarişlidir:
“I ixtisas qrupu üzrə 476, II ixtisas qrupu üzrə 674, III ixtisas qrupu üzrə 1208, IV ixtisas qrupu üzrə 290, V ixtisas qrupu üzrə ümumilikdə 392 boş yer qalıb. I qrupda boş qalan 156 plan yeri dövlət sifarişlidir. II qrupda 81 yer, III qrupda 37 yer, IV qrupda 191 yer və V qrupda 218 yer dövlət sifarişlidir”.
Müsahibimiz ötən illə müqayisədə bu il bəzi qruplarda qəbul balının yüksək olduğunu qeyd etdi:
“Xüsusilə I və IV qruplar üzrə qəbul ballarında kəskin artım olub və yüksək bal toplayan abituriyentlərin sayı artıb. Əgər ötən il I qrup üzrə 600-dən yuxarı bal toplayan abituriyentlərin sayı 617 nəfər idisə, bu il onların sayı 1083 nəfər oldu. IV qrup üzrə isə bu il 511 nəfərdir. Bu il ümumilikdə 2078 abituriyent 600-dən çox bal toplayıb. Ötən il I ixtisas qrupu üzrə 550-700 bal arası nəticə göstərənlərin sayı 1224 nəfər idisə, cari ildə bu nəticə 1942 nəfərə yüksəldi. II və III qruplarda isə ötən illə müqayisədə, 300-dən çox bal toplayanların sayında azalma var. Bu il 500-də yuxarı bal toplayanların sayında da azalma müşahidə olundu. Qeyd edim ki, ötən il III qrup üzrə 550-700 bal arası 1547 nəfər nəticə göstərmişdisə, bu il onların sayı 995 nəfərə endi”.
Qeyd edək ki, dünən Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə cari ildə “Riyaziyyat” fakültəsinə keçid balının “Hüquqşünaslıq” fakülətsindən yüksək olduğunu bildirdi.
Bu məsələyə münasibətini açıqlayan ekspert vurğuladı ki, I qrupda yüksək bal toplayanların hesabına pedoqoji ixtisaslarda, xüsusilə də riyaziyyat fakültələri üzrə keçid balları daha da artdı:
“Amma III qrupda bu il “Hüquqşünaslıq” ixtisası üzrə keçid balı aşağı salındı. Bu da yüksək bal toplayanların sayının az olması ilə bağlıdır. Ötən il bu qrup üzrə 765 nəfər 600-dən çox bal toplamışdı, amma bu il onların sayı 343 nəfər oldu. Buna görə də adı çəkilən ixtisas üzrə keçid balı aşağı salınmalıydı. Məleykə xanım da bu amilləri nəzərə alaraq yuxarıdakı fikri səsləndirib”.
Rövşən Ziya
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO