Elm və təhsil
AMEA alimlərindən ixtisarlara münasibət: "Zəiflərdən qurtulmaq yaxşı olar..."
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli jurnalistlərə açıqlamasında bildirib ki, AMEA-nın strukturunun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından sonra irəli gələn vəzifələr həyata keçirilir. Onun sözlərinə görə, yeni strukturda işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans həmçinin rəyasət heyətinin say tərkibində də eynidir.
Açıqlamadan aydın olur ki, bu, AMEA-nın təxminən 70 faizə qədər əməkdaşının ixtisar olunması deməkdir. Bəs akademiyanın alimləri bu dəyişikliyə necə baxırlar?
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun Nizamişünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Nüşabə Araslı bildirdi ki, istənilən qərar əsaslandırılmalıdır: “Nəticə ilə tanış olduqdan sonra tam fikir bildirmək mümkündür. Yəqin ki, bu qərar əsaslandırılacaq, bundan sonra nəticəyə gəlmək olar. Dəyişiklik yaxşı da ola bilər, əksinə də nəticələnə bilər. Qərarla tam təfərrüatı ilə tanış olandan sonra dolğun fikir bildirmək olar”.
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru coğrafiya elmləri doktoru Zakir Eminov hesab edir ki, akademiyada elmi dərəcəsi olan əməkdaşlar üstünlük təşkil etməlidir:
“Bu qərar AMEA-da qalan institutlara aiddir. Biz akademiyanın sistemindən çıxmışıq və bu, bizim instituta aid deyil. Hesab edirəm ki, akademiyada elmi dərəcəsi olan əməkdaşların say üstünlüyü çox olmalıdır. Hazırda bu otuz faizdir, amma bunu azı altmış-yetmiş, bəlkə də səksən faizə qaldırmaq daha doğru olardı. Çünki akademiya elm mərkəzidir və burada elmi dərəcəsi olanlar çalışmalıdır”.
A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə müavini, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov bu məsələ ilə bağlı vaxtilə öz fikirlərini səsləndirdiyini xatırladıb: “Zamanında bu barədə danışmışam. Buna görə də artıq mənim üçün bu mövzu bağlıdır. O zaman bu məsələlər müzakirə olunur ki, alimlərə təklif edilir, onları toplayırlar, soruşurlar, məsləhətləşirlər və sonra edirlər. Bu isə tamam fərqlidir”.
Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva AMEA-nın yeni strukturda işçilərin say həddinin müəyyən edilməsi qaydalarını müsbət qarşıladığını qeyd edib: “Ümumiyyətlə, bu dəyişikliklərin hamısına müsbət baxıram”.
Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadənin sözlərinə görə, bacarıqlı və perspektivli alimlər akademiyada saxlanılmalı, digərləri ixtisar olunmalıdır:
“Hesab edirəm ki, ağıllı, bacarıqlı, perspektivli alimlər akademiyada işləməlidir. Amma zəif alimlər varsa, onlardan yaxa qurtarmaq da yaxşı olar. İndi müəyyən edəcəklər ki, kim yaxşıdır, kim pis, kim perspektivlidir, kim yox. Bunlar başqa məsələdir və bunu burada çalışanların hamısı çox yaxşı bilir. Ona görə də ümumi danışıq ola bilməz. Konkret olaraq hər qrup, institut və ya mərkəz özü gəlib desin ki, alimləri necədir, uyğun olmayanlar varsa, onu necə təmizləmək və ya inkişaf etdirmək olar. Bütün institutlarda vəziyyət eyni ola bilməz. Fərqli şərait ola bilər, birində işçilər yaxşıdır və qane edir, digərində yox. İnstitutlar eyni deyil, buna görə yanaşma da fərqli olmalıdır”.
Akqabay Mıradov
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi