Elm və təhsil
AMEA-da Qərbi Azərbaycanla bağlı yeni şöbələr yaradıldı
Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarına uyğun olaraq AMEA-nın elmi-tədqiqat müəssisələrində Qərbi Azərbaycanla bağlı bir sıra mühüm tədqiqatlar aparılır.
Bu barədə Publika.az-a AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsindən məlumat verilib.
Bu məqsədlə AMEA Rəyasət Heyətinin qərarı ilə daxili imkanlar hesabına A.A.Bakıxanov adına Tarix İnstitutunda “Qərbi Azərbaycan tarixi” şöbəsi, Folklor İnstitutunda “Qərbi Azərbaycan folkloru” şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda isə “Toponimika” şöbəsi yaradılıb. Həmin şöbələr tərəfindən qısa müddət ərzində fundamental tədqiqatlar aparılaraq Qərbi Azərbaycanda soydaşlarımızın yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi və təbliği istiqamətində önəmli nəticələr əldə edilib, kitablar çap olunub. Eyni zamanda, “Qərbi Azərbaycan Ensiklopediyası”nın sözlüyünün hazırlanması da başa çatdırılıb.
Bu günlərdə AMEA Rəyasət Heyətinin qərarı ilə Əlyazmalar İnstitutunda daxili imkanlar hesabına “Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsi” də yaradılıb. Yeni yaradılmış şöbənin əməkdaşları Qərbi Azərbaycanda və Qarabağda yaşayıb-yaratmış şair və yazıçıların əsərlərinin əlyazmalarının toplanılması, sistemləşdirilməsi, tərtibi, nəşri məsələləri ilə məşğul olacaq, həmin regionlardan çıxan tanınmış yaradıcı simaların həyatı və yaradıcılığını araşdırıb tədqiq edəcəklər.
-
Magazin105:31Daha bir serial eşqi gerçək oldu - FOTO
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...




































