Elm və təhsil
Dünyanın müxtəlif ölkələrindən tələbələr Azərbaycanı seçir
Azərbaycan ali təhsil müəssisələrində təhsil almağa maraq göstərən əcnəbi tələbələrin coğrafiyası genişlənir.
Bu barədə Publika.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dünyanın müxtəlif ölkələrindən olan tələbələr yeni tədris ilində təhsillərini Azərbaycan universitetlərində davam etdirmək üçün ölkəmizə gəlirlər. Onların sırasında fərqli regionları və mədəniyyətləri təmsil edən gənclər yer alır.
Son illərdə Azərbaycan ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayında artım müşahidə olunur. Bununla yanaşı, ölkəmizdə təhsil almağa maraq göstərən ölkələrin coğrafiyası da genişlənir.
Azərbaycan universitetlərinin beynəlxalq əməkdaşlığının inkişafı, müxtəlif ixtisas və proqramlar üzrə təhsil imkanlarının genişlənməsi, eləcə də xarici tələbələr üçün yaradılan imkanlar Azərbaycanın ali təhsil istiqaməti kimi tanınmasına töhfə verir.
“Study in Azerbaijan” çərçivəsində də Azərbaycanın ali təhsil imkanlarının beynəlxalq auditoriyaya təqdim olunması və ölkəmizin xarici tələbələr üçün təhsil istiqaməti kimi tanıdılması istiqamətində fəaliyyət davam etdirilir.
Yeni qəbul olunan əcnəbi tələbələrdən bəzilərini təqdim edirik.
-
Qoroskop01:20Günün ulduz falı: Ailə daxilində kiçik anlaşılmazlıqlar ola bilər
-
Hadisə18 Noyabr 22:04Dəhşətli qəza: Ata, azyaşlı qızı və bacısı oğlu həlak oldu - Yeniləndi
-
ABŞ18 Noyabr 19:50Trampa verilən gizli hədiyyə ortaya çıxdı - Hətta diplomatlar da bilmirmiş...
-
Nəqliyyat18 Noyabr 19:10Azərbaycanda bu yollar da ödənişli ola bilər - Açıqlandı
-
Rəsmi xronika18 Noyabr 15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 18 Noyabr 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 18 Noyabr 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil18 Noyabr 13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi








.jpg)



























