Enerji
Müharibə təhlükəsi enerji bazarını silkələyir - Neftin qiyməti “əl yandıracaq”
ABŞ və İran təhlükəli həddə yaxınlaşıb. Bu ölkələr arasında genişmiqyaslı hərbi əməliyyatların yenidən başlaması neftin qiymətinin bir barel üçün 200 dollaradək kəskin artmasına və qlobal iqtisadi tənəzzülə səbəb ola bilər.
Publika.az xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən Kuinsi Məsuliyyətli Dövlət İdarəçiliyi İnstitutunun icraçı vitse-prezidenti Trita Parsinin TASS-a müsahibəsində bildirib.
Politoloqun sözlərinə görə, tərəflər qarşıdurmanın yeni mərhələsinin mümkün fəlakətli nəticələrini dərk edərək eskalasiyadan qaça bilərlər. O, həmçinin xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl də son anda mövqeyini dəyişib.
Parsi hesab edir ki, Vaşinqtonun Tehrana ünvanladığı, o cümlədən mülki və kritik infrastruktura, duzsuzlaşdırma qurğularına, enerji obyektlərinə və elektrik stansiyalarına mümkün zərbələr barədə açıq təhdidləri İranı cavab tədbirləri görməyə sövq edə bilər.
Ekspertin qiymətləndirməsinə görə, belə bir ssenari əvvəllər müşahidə olunanlardan xeyli genişmiqyaslı enerji böhranına səbəb ola və neftin qiymətini bir barel üçün 200 dollaradək yüksəldə bilər. Parsi əlavə edib ki, aralıq seçkilərdən sonra Trampın siyasi mövqelərinin mümkün güclənməsi genişmiqyaslı hərbi əməliyyatların bərpasının iqtisadi nəticələrini dəyişməyəcək.
Oktyabrda "Bloomberg" agentliyi bazarın Yaxın Şərqdə müharibənin yenidən başlaması ehtimalından ehtiyat etməsi, ehtiyatların tükənməsi və dizel yanacağının qıtlığı səbəbindən Brent markalı neftin bir barelinin qiymətinin 100 dolları ötdüyünü bildirmişdi.
Hüseyn İbadlı
-
Magazin106:16“Eşref Tek”in tərəf müqabili bəlli oldu - FOTO
-
Avropa05:45Tutduğu balıq sayəsində milyonçu oldu
-
Dünya04:44Ordular birləşdi, genişmiqyaslı əməliyyat başladı
-
Sosial03:43Bu rayonların bir sıra ərazilərində işıq olmayacaq
-
Hadisə02:42Xırdalanda itkin düşən 12 yaşlı qız tapıldı - VİDEO/YENİLƏNDİ
-
Magazin202:12Elza çiyinləri açıq libasda poza verdi - FOTO/VİDEO
-
Magazin101:11Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni FOTOLARI
-
Kriminal00:45Azərbaycanda molla arvadını qətlə yetirdi - Təfərrüat















.jpg)














.jpg)



