Foto
Bakı metrosu bu gün - FOTO
72 gündən sonra yenidən fəaliyyətini bərpa edən Bakı Metropoliteni səhər saat 06:00-dan etibarən ilk sərnişinlərini qarşılamağa başlayıb.
Publika.az xəbər verir ki, koronavirus pandemiyasına qarşı elan edilən qabaqlayıcı tədbirlər çərçivəsindəki xüsusi karantin rejimi müddətində paytaxt sakinlərinin sağlamlığını qorumaq üçün bağlanan yeraltı nəqliyyat vasitəsində bəzi qaydalara riayət etmək məcburidir.
Bu tələblər bütün ictimai nəqliyyat vasitələrində olduğu kimi qoruyucu maskadan istifadə, sosial məsafənin qorunması və gigiyenik qaydalara riayət etməkdən ibarətdir.
Uzun müddət sonra fəaliyyətini bərpa etməsinə baxmayaraq, ilk gün metrostansiyalarda sərnişin sıxlığı müşahidə edilməyib.
Metropolitenin fəaliyyətinin bərpası şəhər sakinləri tərəfindən müsbət qarşılanıb. İctimai nəqliyyat istifadəçiləri bununla sərnişin avtobuslarında yaranan sıxlığın qarşısının nisbətən alındığını, ictimai nəqliyyatın yükünün balanslaşdırıldığını bildirir.
Zümrüd,
FOTO: Pərviz Həşimi
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
























.jpg)














