Nida Təhlil
Vaşinqtondan 1 il sonra: Cənubi Qafqazda yeni eranı kim başladı?
2025-ci il avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında tarixi görüş keçirilib. Görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda davamlı sülhün təmin olunması məsələləri müzakirə edilib.
Görüşün mühüm nəticələrindən biri Azərbaycan və Ermənistan arasında “Sülhün və dövlətlərarası münasibətlərin yaradılması haqqında Saziş”in razılaşdırılmış mətninin xarici işlər nazirləri tərəfindən paraflanması olub. Həmçinin İlham Əliyev, Donald Tramp və Nikol Paşinyan birgə bəyannamə imzalayıblar. Vaşinqton görüşü Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin başlanması və regionda sülh prosesinin irəliləməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Bu gün, 8 avqust 2026-cı ildə həmin tarixi görüşdən bir il ötür və saki Cənubi Qafqazda yeni bir era başlayıb.
Mövzu ilə bağlı Publika.az-a açıqlama verən millət vəkili Vüqar Bayramov bildirdi ki, 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanan sənəd və bəyannamə regionun inkişafı üçün yeni imkanlar yaradıb.
“Bir tərəfdən, təbii ki, bu görüş və imzalanan sənəd bir daha təsdiq etdi ki, regionda düzəni formalaşdıran Azərbaycandır. Məhz Azərbaycanın formalaşdırdığı düzən regionun inkişafı üçün yeni imkanlar yaradır”, - deyə deputat qeyd etdi.
Vüqar Bayramovun sözlərinə görə, görüş zamanı razılaşdırılan məsələlərdə Azərbaycanın daha öncə irəli sürdüyü beş prinsip üzrə razılaşmaların əldə edilməsi ölkəmizin güclü mövqeyini nümayiş etdirib:
“Razılaşdırılan məsələlərdə məhz Azərbaycanın irəli sürdüyü beş prinsipin qəbul edilməsi birmənalı şəkildə Azərbaycanın güclü mövqeyini nümayiş etdirirdi”.

Deputat vurğuladı ki, Azərbaycan çoxvektorlu siyasət nəticəsində həm Qərb, həm də Şərq dövlətləri ilə münasibətlərini genişləndirir. Onun sözlərinə görə, bu, Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirərək ölkəmizi regional orta güc dövlətinə çevirib.
“Azərbaycan çoxvektorlu siyasət nəticəsində həm Qərb, həm də Şərq dövlətləri ilə münasibətləri genişləndirir. Bu isə təbii ki, Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə ölkəmizi regional orta güc dövlətinə çevirib. Və orta güc dövləti olaraq, təbii ki, Azərbaycan praktik olaraq Qafqazda sülhün formalaşmasına, əməkdaşlığın genişlənməsinə xüsusi töhfə verir”, - Vüqar Bayramov bildirdi.
Millət vəkili Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu qeyd etdi:
“Azərbaycan sülh gündəliyinə sadiqdir. Bu baxımdan da, təbii ki, Azərbaycanın reallaşdırdığı layihələr, həyata keçirdiyi təşəbbüslər birmənalı şəkildə regionun inkişafını stimullaşdırır”.
Vüqar Bayramov Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında mühüm körpü rolunu oynadığını da vurğuladı:
“Eyni zamanda Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında bir körpüdür. Bu, praktik olaraq o anlama gəlir ki, yalnız Cənubi Qafqazla Avropa İttifaqı arasında deyil, eyni zamanda Mərkəzi Asiya ilə Avropa İttifaqı arasında münasibətlərdə də Azərbaycanın xüsusi mövqeyi və töhfəsi vardır”.
Deputat sonda iqtisadi dvidentlərdən danışdı:
“Regionda formalaşan yeni düzən kontekstində Azərbaycanın geosiyasi mövqeyinin daha da güclənməsi və Azərbaycanın irəli sürdüyü prinsiplər əsasında formalaşan sülhün isə bütövlükdə regiona iqtisadi dividendlər gətirdiyini müşahidə edirik”.
Müəllif: Adəm Abbaslı
-
İdman13:43İnfantino sevgilisinə də vəzifə veribmiş
-
Ekologiya12:44Bakıda 39 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
Region12:07Ermənistanda qalmaqallı həbs - Keçmiş baş nazirin oğlu saxlanıldı(VİDEO)
-
Hadisə11:17DİN əməliyyat keçirdi - 65,7 kilo narkotik maddə və 1500 metadon tapıldı
-
Ekologiya10:47Sibirdə nə baş verir? - Emissiyalar hər il 1,1 milyon ton artır
-
Digər10:11Azərbaycanı etibarlı qardaş ölkə kimi yüksək qiymətləndiririk! - Pakistan Prezidenti
-
Nida Xəbər 09:20Cənubi Qafqazda tarixi ədaləti bərqərar edən Vaşinqton zirvəsi
-
ABŞ08:15Pentaqon UNO-larla bağlı yeni gizli sənədlər toplusunu yayımladı

























.jpg)




.jpg)








