Nida Təhlil
Vaşinqton görüşündən bir il keçir: Sülhə gedən yolda nə dəyişdi?
Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən tarixi görüşdən bir il ötür. 8 avqust 2025-ci ildə baş tutan görüşdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni paraflanmış, regionda yeni mərhələnin əsasları qoyulmuşdu. Aradan keçən bir il ərzində iki ölkə arasında münasibətlərdə müəyyən müsbət dəyişikliklər baş versə də, yekun sülh müqaviləsi hələ də imzalanmayıb.
Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz politoloq Oqtay Qasımov Publika.az-a bildirdi ki, Vaşinqton görüşündən ötən bir il ərzində Azərbaycan-Ermənistan münasibətlərində keyfiyyət baxımından mühüm müsbət dəyişikliklər müşahidə olunub.
O qeyd etdi ki, ilk növbədə iki ölkə arasında birbaşa təmasların intensivliyi artıb:
"Dövlət rəsmiləri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələrinin görüşləri də artıq müntəzəm xarakter alıb. Bu təmaslarda Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, gələcəkdə regionda sağlam əməkdaşlıq mühitinin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılır".

O.Qasımovun sözlərinə görə, münasibətlərdəki müsbət dəyişikliklər bununla məhdudlaşmır:
"Azərbaycan Ermənistan üçün tətbiq etdiyi tranzit məhdudiyyətlərini aradan qaldırıb və artıq Ermənistan istiqamətində yüklər Azərbaycan ərazisi vasitəsilə daşınır. Bunlar münasibətlərin normallaşması baxımından mühüm və müsbət addımlardır".
Bununla belə, politoloq hesab edir ki, əsas hədəfə - yekun sülh müqaviləsinin imzalanmasına hələ nail olunmayıb:
"Vaşinqtonda sülh müqaviləsinin mətni paraflansa da, yekun sənəd hələ imzalanmayıb. Bunun baş verməsi üçün Ermənistanda parlament seçkilərindən sonra referendum keçirilməsi və konstitusiyada dəyişikliklərin edilməsi vacibdir. Son bir ildə müsbət dinamika müşahidə olunsa da, yekun nəticə əldə edilməyib".
Politoloq sonda vurğuladı ki, sülh prosesinin tamamlanması Ermənistanın atacağı addımlardan asılıdır:
"Əgər referendum keçirilər və konstitusiya dəyişiklikləri reallaşarsa, o zaman Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması mümkün olacaq".
Müəllif: Adəm Abbaslı

-
Kriminal20:12Ramiz Mehdiyevin məhkəməsi başlayır
-
Hadisə18:50Bakıda yeniyetmənin ölümündə “Roblox” amili - Baş Prokurorluqdan xəbərdarlıq
-
Kriminal18:10DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu
-
Sosial15:36Bakıda dəbdəbəli toyu olan bəy də məmur övladı imiş - FOTO
-
Rəsmi xronika15:14Prezidentin sosial media hesablarında "SABAH.city" ilə bağlı video paylaşıldı
-
Nəqliyyat12:54Sabahdan Bakı metrosunda intervallar azaldılır
-
Sosial11:42Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
-
Rəsmi xronika10:52İlham Əliyev Bakıda açılışda iştirak etdi - FOTO












.webp)

.jpg)
.jpg)









.webp)













