Gözəllik
Saçınızın tökülməsini istəmirsinizsə, bunu edin!
Dərinin və saçın gözəlliyinin əsasında yaxşı qidalanma, sağlam yuxu və daimi qulluq dayanır.
Publika.az xəbər verir ki, bu sözləri dermatoveneroloq Natalya Surikova "Gazeta.ru" ya müsahibəsində deyib. O, saçın gözəlliyini qoruyub saxlamaq və saç tökülməsinin qarşısını almaq üsulları barədə mühüm tövsiyələr verib.
"Birincisi, şampun baş dərisinin ehtiyaclarına uyğun seçilməli və saçın strukturunu pozmadan effektiv təmizlənməni təmin etməlidir. Seboreyaya meylli insanlara profilaktik şampunlar və pilinq kömək edəcək. Quru saçları nəmləndirici balzamlar, həmçinin daranmanı asanlaşdıran və qoruyucu təsir göstərən maskalar (spreylər) xilas edəcək.
Saçlara diqqətlə qulluq etmək lazımdır. Mümkünsə, saç quruducu fendən və digər elektrik maşalardan çox istifadə etməyin, həm də saçları çox sıx yığmayın. Bu, saç tökülməsinə səbəb olan gərginliyi artırır. Ümumiyyətlə, saç tökülməsi aradan qaldırmaq üçün ilk növbədə bunun səbəblərini araşdırmalısınız. Problem bir çox hallarda vitamin və mikroelementlərlə müalicə olunur.
Bəzən saç tökülməsi hansısa xəstəliyin əlamətlərindən biri olur. Hiper və ya hipotiroidizm, anemiya, PCOS və s. kimi xəstəliklər saç tökülməsi ilə özünü göstərə bilər. Odur ki, vaxtında həkimə müraciət etmək, əlavə müayinədən keçmək və düzgün müalicə taktikasına qərar vermək vacibdir", - deyə dermatoloq qeyd edib.
Surikovanın sözlərinə görə, erkən mərhələlərdə androgenetik alopesiyanın müalicəsi əla nəticələr əldə etməyə imkan verir.
"Əsas terapiyaya digər müalicələr də əlavə edilə bilər. Məsələn, diffuz alopesiya üçün PRP terapiyası saç tökülməsi bölgəsinə plazma yeridildikdə istifadə olunur. Onun əsas komponenti saç uzanmasının aktivləşməsinə kömək edən böyümə faktorları, sitokinlər olan trombositlərdir. Plazma terapiyası üç-dörd həftə ərzində 5-7 prosedur kursu ilə həyata keçirilir", - deyə həkim sonda əlavə edib.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ



















.jpg)


















