Gözəllik
Qış aylarında saç tökülməsinə səbəb olan 2 böyük səhv
Qışda papaqsız və ya tam qurumamış saçlarla çölə çıxmaq böyük səhvdir.
Publika.az xəbər verir ki, bu sözləri dermatoveneroloq-trixoloq Yuliya Naqayçeva "Gazeta.ru"ya müsahibəsində deyib. Onun sözlərinə görə, soyuqdəymənin fəsadları müxtəlifdir, o cümlədən bədən istiliyinin yüksəlməsinə nəticəsində saç tökülməsinə səbəb ola bildiyi üçün təhlükəlidir. Həkim bildirib ki, soyuqda yaş saçlarla çölə çıxsanız, saç dibləri soyuqdəyməyə məruz qala bilər. Yüksək temperaturla mübarizə zamanı bədən mikroelementləri və vitaminləri həyati vacib sistemlərə və orqanlara yönəldərək vəziyyəti daha sürətli bərpa etməyə çalışır, odur ki, faydalı elementlərin saçlara tədarükü müvəqqəti olaraq dayandırılır. Qışda saç üç aya qədər davam edə bilən bir istirahət mərhələsinə keçir, ondan sonra biz çoxlu saç tökülməsi ilə qarşılaşa bilərik.
Həkim COVİD-19 fonunda alopesiyanı klassik nümunə adlandırıb və qeyd edib ki, dərman və vitamin qəbulu da saç tökülməsinə səbəb ola bilər.
"Soyuqdəymə zamanı bəzi dərmanlar, o cümlədən antibiotiklər qəbul etsəniz, bu da reaktiv saç tökülməsinə səbəb ola bilər. Bir sıra dərmanlar da onu təhrik edir. Bundan başqa xəstəlik dövründə insanlar vitamin qəbul etməyə başlayırlar. Son zamanlar böyük dozada saç tökülməsinə səbəb olan A vitaminini aktiv şəkildə istifadə etməyə başlamışıq. Əgər xəstəlikdən sonra saç tökülməsi dörd-altı ay ərzində davam edərsə, həkimə müraciət etməyi tövsiyə edirəm", - ekspert yekunda bildirib.
Aytən Məftun
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR












.jpg)



.jpg)
























