Gözəllik
Mövsüm saç tökülməsi haqqında vacib faktlar
Xüsusilə mövsüm keçidlərində saç tökülməsi təbii fizioloji proses olsa da, bəzi hallarda mütəxəssis köməyinə ehtiyac ola bilər. Əgər gün ərzində 150-dən çox tük tökülürsə və ya tökülmə nəzərə çarpacaq dərəcədədirsə, dərhal həkimə müraciət etməlisiniz.
Publika.az xəbər verir ki, bu sözləri məşhur trixoloq Nataliya Jovtan "Ria.ru"ya müsahibəsində deyib.
"Normalda gündə 50-dən 150-yə qədər tük tökülür. Kimisi də 50-də həyəcan təbili çalacaq. Bu, təbii olaraq daha az genetik ehtiyata malik olanlara, həmçinin saçı nazik və kifayət qədər böyük həcmdə olmayan şəxslərə aiddir. Bununla belə, doğulan andan ölüm anına qədər saç köklərinin sayı sabit olaraq qalır. Yaşla bağlı isə tüklər getdikcə incəlir, saç daha incə olur.
Bir şəxs uzun müddət saçının normadan daha çox töküldüyünü görürsə, bu, trixoloqa baş çəkmək üçün bir siqnaldır. Saç tökülməsi həm də bəzi xəstəliklərin əlaməti ola bilər. Diffuz saç tökülməsi çatışmazlıqların, hormonal disbalansların siqnalı ola bilər, lakin sadəcə bir hissəsədə saç tökülməsi həm otoimmün bir proses, həm də sifilis kimi bir xəstəliyin əlamətləri hesab olunur. Ona görə də həkim diaqnoz qoymalıdır, amma diaqnoz qoyulana qədər ümidsizliyə düçar olmayın", - eskpert bildirib.
Əgər həqiqətən saç tökülməsindən narahatsınızsa, mütəxəssisə getməyi təxirə salmaq lazım deyil. Bunun bir çox səbəbi var, xüsusən də preparatların qəbulunun nəticələri və ya yaşanan stresli vəziyyətlər. Bəzən itki geri dönməz olur və saç follikulunun yerində çapıq meydana gəlir. Belə bir vəziyyətdə, həkimə görə, müayinə və müalicə hər ay önəmlidir, çünki söhbət otoimmün proseslərdən gedir.
Aytən Məftun
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR












.jpg)



.jpg)
























