Gözəllik
Günəş kremi həqiqətən qoruyurmu? - Bunlara diqqət etməsəniz...
Yay aylarında düzgün günəş kremi seçməmək və həddindən artıq günəşə məruz qalmaq ciddi sağlamlıq risklərinə səbəb ola bilər.
Publika.az xəbər verir ki, türkiyəli dəri xəstəlikləri üzrə mütəxəssis Kıymet Handan Kelekçi bununla bağlı xəbərdarlıq edib.
Onun sözlərinə görə, D vitamini almaq üçün gündə cəmi 15 dəqiqəlik günəşə çıxmaq kifayətdir. Lakin uzun müddət günəş şüalarına məruz qalmaq DNT zədələnməsi, dəri xərçəngi, istilik vurması və hətta beyin qanaması kimi ağır nəticələrə yol aça bilər.
Mütəxəssislər xəbərdarlıq edir ki, xüsusilə yaşlıların günəşin pik saatlarında, saat 11:00-dan 16:00-a qədər çölə çıxması həyati risk daşıya bilər. Həmçinin bildirilir ki, günəş kremi günəşə çıxmadan yarım saat əvvəl çəkilməli və hər iki saatdan bir yenilənməlidir. Ən effektiv qorunma üçün mineral tərkibli, “Environmental Working Group” (EWG) tərəfindən təsdiqlənmiş məhsullara üstünlük verilməlidir.
Sink oksid və titan dioksid kimi maddələr günəşdən fiziki qorunma təmin edir. Aerozol tərkibli kremlərdən uzaq durmaq tövsiyə olunur, çünki onların tənəffüs yolu ilə qana keçməsi mümkündür.
Roza
-
Hadisə19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar
-
Rəsmi xronika17:25Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
-
ABŞ15:30Ağ Evdə intriqa: Moskva və Kiyevlə danışıq aparanlar dəyişəcək?
-
Sosial14:24"Ucal sağ idi, təcili yardım gec gəlib" - Coşqunun nişanlısı HƏR ŞEYİ DANIŞDI
-
Dünya14:06Klintondan etiraf: Trampa və Netanyahuya nifrət edirəm
-
Region12:12Ermənistan-İran sərhədində körpünün tikintisinə nə vaxt başlanacaq? - Xəbər-ətər yoxdur
-
Nida Xəbər 10:27Bu ölkəyə də vizasız gedə biləcəyik
-
Dünya09:48Mayamidən İstanbula, oradan da İtaliyaya uçdu: Çantasından qurudulmuş baş çıxdı - FOTO


































.png)




