Gözəllik
Cərrahdan sinəsini böyüdənlərə məsləhət-Silikonla bağlı hansı mif yaranıbmış?
10-15 ildən sonra döş implantlarının planlı şəkildə dəyişdirilməsi məcburi prosedur deyil. Bu, hazırda tibbi zərurətdən çox keçmi.ə aid yalnış bir anlayış hesab olunur.
Publika.az xəbər verir ki, bu fikri Rusiya Xalqlar Dostluğu Universitetinin (RUDN) Plastik Cərrahiyyə kafedrasının dosenti İrina Konstantinova Gazeta.Ru-ya müsahibəsində bildirib.
Mütəxəssisin sözlərinə görə, silikon implantların müəyyən bir müddətdən sonra dəyişdirilməsinin vacibliyi ilə bağlı inanclar 10-15 il əvvəl, istehsal texnologiyalarının və cərrahi texnikaların daha az inkişaf etdiyi dövrdə formalaşıb.
"O dövrdə kapsulyar kontraktura daha çox yayılmışdı. Bu, implantın ətrafındakı birləşdirici toxumanın qalınlaşaraq onu sıxdığı və potensial olaraq ağrıya və döş deformasiyasına səbəb olduğu bir ağırlaşma idi. Planlı silikon dəyişdirmə tövsiyəsinin irəli sürülməsi də məhz bu cür ağırlaşmaların riskinə görə olurdu", - cərrah qeyd edib.
Dosentin sözlərinə görə, müasir implantların və daha dəqiq, inkişaf etmiş cərrahi texnikaların meydana gəlməsi ilə vəziyyət xeyli dəyişib. Bu gün öz formasını daha yaxşı saxlayan və toxumalarda mənfi reaksiyalara səbəb olma ehtimalı daha az olan təkmilləşdirilmiş materiallara və yüksək dərəcədə yapışqanlığ olan gellərə malik implantlar istifadə olunur.
Nəticədə, kapsulyar kontraktura halları əhəmiyyətli dərəcədə azalıb və tibbi cihazlar üçün universal xidmət müddəti anlayışı da azalmağa başlayıb. Konstantinova onu da vurğulayıb ki, müasir yanaşma təqvimə deyil, müntəzəm tibbi monitorinqə əsaslanır.
Tural
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO





















.png)





.jpg)










