İqtisadi gündəm
“Xəzər adaları”nın Hacı İbrahimdən alınması xəbəri yayıldı
"Xəzər Adaları” layihəsi bütünlüklə iş adamı Hacı İbrahimdən alınıb, dövlət tərəfindən yeni investorlara təklif olunub.
Bu barədə məlumatı "Yeni Müsavat" qəzeti yayıb. Qəzet bildirir ki, yaxın zamanlarda yeni inverstorlar layihənin icrası prosesini davam etdirməyə başlayacaqlar.

Məsələ ilə bağlı Hacı İbrahim Nehrəmli açıqlama verib. O, layihə ilə bağlı hər hansı yenilik olmadığını, yayılan məlumatın həqiqətə uyğun olmadığını deyib: "Yalan söhbətdir, belə bir məsələ yoxdur”.
Hacı İbrahimdən Beynəlxalq Banka olan borcunu ödəyib-ödəmədiyi də soruşulub. O, suala cavab vermək istəmədiyini bildirib: "Mən bu barədə danışmaq, müsahibə vermək istəmirəm. Müsahibə vermək istədikdə özüm sizlərə xəbər edəcəm”.

Xatırladaq ki, 2015-ci ilin martında Cahangir Hacıyev Beynəlxalq Bankın direktoru vəzifəsindən uzaqlaşdırılandan az sonra məlum oldu ki, Azərbaycanda çoxlu sayda iş adamı bankdan yüz milyonlarla manat kredit götürüb qaytarmayıblar. Fakt üzrə qaldırılmış cinayət işi çərçivəsində onlarla sahibkar DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi (MCQMBİ) tərəfindən saxlanıldı. Saxlanılan iş adamlarından biri də "Avesta” konserninin rəhbəri, Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Hacı İbrahim Nehrəmli idi.
-
Hadisə18:40Şəkidə kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…









.jpg)

.jpg)























.jpg)
.jpg)

