İqtisadi gündəm
Azərbaycanda BÖYÜK DƏYİŞİKLİK: 2023-cü ilə qədər...
Bu il iyulun 1-nə qədər Bakıdakı “Mall” tipli iri ticarət mərkəzləri, şəbəkə sistemli marketlər, yanacaq-doldurma məntəqələri (YDM-lər) ixtisaslaşmış avtomobil satışı obyektləri və şadlıq evləri real vaxt rejimində Vergilər Nazirliyinin elektron informasiya sisteminə qoşulmalı olacaq.
Bu məsələ Nazirlər Kabinetinin təsdiqlədiyi “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”ndə öz əksini tapıb.
Qrafikə əsasən, paytaxtdakı mebel satışı üzrə ixtisaslaşmış müəssisələr bu il oktyabrın 1-nə qədər, pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən Əlavə Dəyər Vergisi (ƏDV) ödəyiciləri gələn il yanvarın 1-nə qədər, eyni fəaliyyəti göstərən digər təsərrüfatı subyektləri isə 2021-ci il aprelin 1-nə qədər nəzarət-kassa aparatları quraşdırmalıdır.
Bakıdan kənarda yerləşən təsərrüfat subyektləri üçün isə qrafik bir qədər fərqlidir. Məsələn, regionlarda yerləşən “Mall”ların, avtomobil və mebel salonlarının, şadlıq evlərinin elektron informasiya sisteminə qoşulmaq üçün bu il oktyabrın 1-nə qədər vaxtı var. Gəncə və Sumqayıtda yerləşən şəbəkə sistemli marketlər və YDM-lər Bakıdakı kimi bu il iyulun 1-nə qədər, digər bölgələrdə yerləşən eyni tiplu təsərrüfat subyektləri isə bu il oktyabrın 1-nə qədər nəzarət-kassa aparatları quraşdırmalı olacaqlar.
Bu proses paytaxtda olduğu kimi, paytaxtdan kənardakı pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicilərini də bu ilin sonuna qədər əhatə edəcək. Eyni fəaliyyəti göstərən digər təsərrüfatı subyektlərinə gəlincə isə, Gəncə və Sumqayıt şəhərlərində sahibkarlara 2021-ci il aprelin 1-nə qədər, Abşeron, Mingəçevir, Şirvan, Şəki, Lənkəran, Yevlax, Bərdə, Naxçıvan, Quba, Xaçmaz, Masallı, Göyçay, Şamaxı, Zaqatala, Şəmkir, Tovuz, Salyan, Sabirabad və Naftalanda (kənd və qəsəbələr istisna olmaqla) 2021-ci il oktyabrın 1-nə qədər, digər rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) 2022-ci il yanvarın 1-nə qədər, bütün kənd və qəsəbələrdə isə 2023-cü il yanvarın 1-nə qədər vaxt verilib. (Sputnik Azərbaycan)
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)

























.jpg)
.jpg)
