İqtisadi gündəm
Azərbaycan karbamidini daşıyan “Coral” gəmisi Türkiyə limanına çatdı - FOTO
Sumqayıtda yerləşən “SOCAR Karbamid” zavodunun ilk ixrac məhsulu ünvanına çatıb.
Publika.az "Report"a istinadən xəbər verir ki, iyunun 19-da Azərbaycan karbamidini daşıyan “Coral” gəmisi Türkiyə limanına çatıb və yük başaldılır.
SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi və “Caspian EPC” şirkəti karbamidin logistika zənciri prosesini əvvəldən sonadək tənzimləyib və nəzarət edib. “SOCAR Karbamid”in məhsulunun ilk alıcısı “Integral Petroleum” şirkətidir. Treydinq və logistika şirkəti olan “Integral Petroleum” 2008-ci ildə İsveçrənin Cenevrə şəhərində yaradılıb və hazırda Qafqaz-Xəzər regionu, Mərkəzi Asiya və Mərkəzi Amerika ölkələrinin bazarlarında iş görür.
“Integral Petroleum” şirkəti öz məktubunda bütün layihə iştirakçılarına minnətdarlığını bildirib və Azərbaycan karbamidinin yüksək keyfiyyətdə olduğunu qeyd edib.
Xatırladaq ki, iyunun 6–da Hövsan limanından zavodun məhsulu – karbamid gəmilərə yüklənərək göndərilib.
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin ərazisində inşa edilən “SOCAR Karbamid” zavodu bu il yanvarın 16-da istifadəyə verilib. Zavod ildə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər həcmdə əlavə gəlirin daxil olmasına imkan verəcək. “SOCAR Karbamid” hazırda ölkənin qeyri-neft sektorunda reallaşdırılan ən iri layihədir. Zavodun ümumi dəyəri təqribən 800 milyon avro təşkil edir.
-
Kriminal21:51Gəncədə korrupsiya əməliyyatı: vəzifəli şəxs saxlanıldı
-
Avropa21:13Supermarketlərə kiberhücum təhlükəsi - Xəbərdarlıq edildi
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...









.jpg)

.jpg)




.jpg)


















.jpg)
.jpg)

