İqtisadi gündəm
Bu il Azərbaycan tarixində ən irimiqyaslı islahatlar aparılıb
Vergi-gömrük islahatları və “kölgə iqtisadiyyatı” ilə mübarizə nəticəsində dövlət büdcəsinə 2019-cu il ərzində 1 milyard manat proqnozdan əlavə vəsait daxil olub. Dövlət büdcəsinin artan imkanları hesabına həyata keçirilən sosial islahat paketi 4,2 milyon nəfəri əhatə etməklə 2,3 milyard manata başa gəlib.
Publika.az xəbər verir ki, bunu YAP İcra Katibliyində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
O qeyd edib ki, bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb: “Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11 faiz artıb. 2019-cu ildə Azərbaycan tarixində ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb. Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkədən biri olan Azərbaycanın kredit reytinqini “Moody’s” sabit “Ba2” səviyyəsində müəyyənləşdirib, “Fitch” isə bu reytinqi təsdiqləyib. Bu il Beynəlxalq İnkişaf Assosiasiyası Azərbaycana rəsmi olaraq beynəlxalq aləmdə donor ölkə statusu verib”.
Vüsal Qasımlı vurğulayıb ki, 2019-cu ildə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi: “Azərbaycanın artan təbii qaz hasilatı Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstanın, Türkiyənin və Avropanın enerji təhlükəsizliyində rol oynayacaq. SOCAR Karbamid zavodu, “Qobu Park 2” yaşayış kompleksi, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi, şpris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Xidmətləri Məkanı, “Laçın” tankeri, “Azərxalça”nın filialları, Biyan Sənaye Parkı və digərləri 2019-cu ildə istifadəyə verilən mühüm obyektlər oldu”.
Səxavət
-
Magazin115:28Elçin Cəfərov Tacir Şahmalıoğlu barədə paylaşım etdi
-
Dünya14:16Cümə namazı zamanı partlayış: 15 ölü, 50-dən çox yaralı
-
Dünya13:18Aral gölü necə məhv edildi? - Ekoloji fəlakətə səbəb olan şok faktlar
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub






.jpg)




.jpg)





















.jpg)



