İqtisadi gündəm
“Kənddən şəhərə” həftəsonu yarmarkaları keçiriləcək
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 26-27 iyun tarixlərində Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda “Kənddən Şəhərə” həftəsonu yarmarkaları təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyindən Publika.az-a verilən məlumata görə, budəfəki yarmarkalarda 40-a yaxın regiondan 100-ə yaxın fermer iştirak edəcək. Yarmarkalarda fermerlər ümumilikdə 60-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışını həyata keçirəcək.
Satışa çıxarılan məhsulların keyfiyyət göstəricilərinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərir. Yarmarkada satılan hər hansı bir məhsulun keyfiyyətində tərəddüd edən alıcılar laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər.
Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək, eyni zamanda yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq.
Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, soyuducu, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək.
Xatırladaq ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd Bakı və Abşeron sakinlərini təbii və sağlam kənd məhsulları ilə təmin etmək, eləcə də yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
“Kənddən şəhərə” yarmarkalarının keçiriləcəyi ünvanlar:
- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)
- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)
- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi









.jpg)

.jpg)


























.jpg)
.jpg)
