İqtisadi gündəm
Bu qərar un tədarük edənlərin xərclərini azaldacaq - Şərh
“Dünya üzərində həm ərzaq, həm də qeyri-ərzaq bazarında ötən illərə nisbətən qiymətlərdə ciddi fərqlər müşahidə olunur”.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
Ekspert qeyd edib ki, ölkələrdə qiymət artımının 3 səbəbi var: “Bunlardan biri dünya mərkəzi banklarının apardığı analoqsuz ucuz pul siyasətidir. Hər bir ölkə öz iqtisadi aktivliyini bərpa etmək üçün mümkün qədər çox pul çap edir və belə olduğu halda pulun dəyəri aşağı düşür. Ticari valyuta dollar olduğu üçün əmtəələrin qiymətinə təsir edir. Pandemiya ilə əlaqədar olaraq dəyər zəncirinin pozulması nəticəsində daşınma xərcləri 3 dəfə bahalaşıb və istehsalın həcmi aşağı düşdüyü üçün bu da artıma təsir göstərir. Bəzi buğda istehsalçısı olan ölkələrdə quraqlıq olduğu üçün nəzərdə tutulan həcmdən daha az məhsul əldə olunub. Yəni öz ölkəsini təmin edə biləcək qədər buğda tədarük olunub. Bütün bu səbəblərə görə də buğdanın qiymətində artım müşahidə olunur. Dünya ərzaq qiymətləri indeksinə baxsaq, 127 faizdən yuxarı bir indeks var. Ümumiyyətlə, ərzaq qiymətləri ötən illərə nisbətən 28% artıb”.
X.Kərimli vurğulayıb ki, dünya üzərində qiymət artımı çox sürətli şəkildə gedir: “Dünya Ərzaq Təşkilatının statistikasına əsasən, avqust ayında iyul ilə müqayisədə 8,8% qiymət artımı olub. Azərbaycanın ümumi olaraq 3,2 milyon ton buğdaya ehtiyacı var. Bunun isə təxminən 1,9 milyon tonu istehsal edilir, digər hissəsi idxal olunur. Xüsusilə idxal olunan buğdalar ərzaq təyinatlıdır və bu da Azərbaycan bazarına birmənalı olaraq təsir göstərir. Un məmulatları, xüsusən də çörək elə bir sektordur ki, əhalinin bütün təbəqələrinin qida rasionunda əvəzedilməzdir. Bu baxımdan subsidiyanın verilməsi yerində qərardır, çünki iqtidasi aktivlik post-pandemiya dövründəki kimi deyil. Subsidiyanın verilməsi un bazarlarında qiymətlərin artmamasına gətirib çıxaracaq. Dövlət dünya bazarının qiymətlərini analiz edib unun maksimal qiymətini müəyyənləşdirir. Bu qərar un tədarük edənlərin xərclərini azaldacaq və artımların qiymətə təsir etməsinin qarşısını alacaq. Dövlət hazırda əhalinin una çəkməli olduğu xərcin bir hissəsini öz büdcəsi hesabına maliyyələşdirir. Bunu ona görə edir ki, un məmulatlarının qiyməti artmasın. Qiymətlərin artmasının qarşısını almaq isə mümkün deyil. Əgər hər hansısa bir ölkə bunu edərsə, orada qıtlıq ola bilər”.
Rahib Ələsgərov
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı




























.png)


.jpg)



