Sosial
Laçında restoranda dava düşdü, 2 nəfər həbs edildi
Laçın şəhərində restoranda dava düşüb, iki nəfər həbs edilib.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Laçın şəhəri ərazisində yerləşən “Aynalı” restoranında baş verib.
Rayon sakini, 2002-ci il təvəllüdlü Vüqar Səfərov və 1993-cü il təvəllüdlü Vaqif Cəfərov sərxoş vəziyyətdə uca səslə nalayiq ifadələr işlədib və orada olan Vüsal Babayevi (ad-soyad şərtidir-red.) təhqir etməklə ictimai qaydanı pozub.
Hadisəni törədən Səfərovun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Laçın şəhəri ərazisində yerləşən “Aynalı” restoranında sərxoş halda ucadan nalayiq söyüşlər söyərək səs-küy salıb, orada olan Vüsal Babayevi söyərək təhqir edib: “Sərxoş olduğum üçün orada baş verənlərdən xəbərim olmayıb. Bununla da bilməyərəkdən xırda xuliqanlıq əməlini törətmişəm”.
Bu işə Laçın Rayon Məhkəməsində baxılıb. V. Səfərov və V. Cəfərovun hər birinin barəsində 5 gün müddətinə inzibati qaydada həbs edilib. Onların cəzaçəkməsinin əvvəli bu ilin noyabrın 4-dən hesablanması qərara alınıb.
-
Rəsmi xronika13:26İlham Əliyev sərəncam imzaladı
-
Dünya12:52Türkiyənin yeni dəhlizi İsraildə təşviş yaratdı: Təl-Əviv bölgədəki mövqeyini itirir
-
Sosial12:46Pensiya yaşı ilə bağlı deputatdan təklif: 3 və daha çox uşağı olanlar...
-
İdman12:40“Qarabağ”ın ingilislərlə 8-ci dueli: 10 illik həsrət bitəcək?
-
MDB11:30Moskvada görüş: Şoyqu Azərbaycan və Ermənistandan olan həmkarları ilə nəyi müzakirə edəcək?
-
Nida Xəbər 11:06Mirzoyan sülh müqaviləsindən danışdı: Bu, üçüncü dövlətlərə imkan verməyəcək ki...
-
Magazin210:24Xalq artistinin biznesi təhlükədə: Qızının adını daşıyan brend əldən gedir - FOTO
-
Dünya09:00“Taurus” raketlərinin Ukraynaya verilməsi riski barədə XƏBƏRDARLIQ: "MI6 nəsə hazırlayır"





































