İqtisadi gündəm
Lirə niyə sürətlə ucuzlaşır? - İqtisadçı AÇIQLADI
“Türk lirəsinin ABŞ dollarına görə dəyərdən düşməsinin həm siyasi, həm də iqtisadi səbəbi var. Bu məsələ ilk öncə Türkiyə iqtisadiyyatında gedən proseslərlə əlaqəlidir. Uzun müddət idi ki, Türkiyə iqtisadiyyatında aktivlik yüksək səviyyədə olsa da, son illər ərzində pandemiyanın mövcud olmasının və iqtisadi aktivliyin aşağı düşməsinin təsiri böyükdür”.
Bunu Publika.az-a açıqlamasında iqtisadçı Pərviz Heydərov deyib.

Ekspert qeyd edib ki, Türkiyə ilə ABŞ arasında siyasi münasibətlərdə olan müəyyən problemlər Vaşinqtonun Türkiyəyə əlavə təsir göstərməsinə şans yaradıb: “ABŞ hakimiyyəti bu şansdan bacardığı qədər istifadə edir. Türk lirəsinin ucuzlaşması hələ bir müddət davam edə bilər. Lirənin ucuzlaşması Türkiyənin istehsal gücünün daha da artmasına gətirib çıxarır və bu da ölkə üçün müsbət bir haldır. Milli valyutanın ucuzlaşmasından Türkiyə hökuməti ciddi narahatlıq keçirmir.
Amma əlbəttə ki, lirənin dəyərini itirməsinin müəyyən bir kritik həddi var. Yəni Türkiyə hökuməti vəziyyətin kritik həddə çatmaması üçün həll yolu tapmalıdır. Burada Türkiyə Mərkəzi Bankının üzərinə böyük məsuliyyət düşür. Hələlik görünən budur ki, Mərkəzi Bank tərəfindən milli pul vahidi ilə əlaqədar gedən mənfi tendensiyaların qarşısını almaq imkanları məhdud xarakter daşıyır. Türkiyə hökuməti ölkədə nağd pul hissəsinin həcminə dair yaxın müddətdə çox ciddi qərarlar qəbul etmək qarşısında qalacaq. Çünki görünən odur ki, Qərb ölkələri və ABŞ Türkiyəyə təzyiqlərini davam etdirəcək. Yaxın günlərdə Türkiyə Mərkəzi Bankı tərəfindən ciddi qərarların alınacağı gözləniləndir”.
Rahib Ələsgərov
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


