İqtisadi gündəm
Rayonlarda orta kredit faizləri yüksəkdir - Deputat
Mərkəzi Bankın məlumatına görə, Bakıdan sonra ölkə üzrə ən aşağı kredit faizləri Naxçıvanda təklif edilir. Azərbaycan üzrə orta kredit faizi 12.12% olduğu halda, bu göstərici Bakıda 10.68, Naxçıvanda isə 13.04 faizdir. Orta faiz hesablanan zaman bura yalnız istehlak kreditləri deyil, eyni zamanda bütün növ biznes borclanması da daxildir. Bu baxımdan, istehlak kreditləri üzrə orta faiz dərəcəsi daha yüksəkdir.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

Millət vəkilinin sözlərinə görə, diqqət çəkən digər məqam rayonlarda orta kredit faizlərinin Bakı şəhəri ilə müqayisədə çox yüksək olmasıdır: “Orta kredit faizi Dağlıq Şirvan İqtisadi Rayonunda 19.47, Mil-Muğanda 19.02, Şirvan-Salyanda 18.88, Qarabağda 18.74, Lənkəran-Astarada 18.65, Qazax-Tovuzda 18.25, Mərkəzi Aranda 18.18 faizdir. Digər iqtisadi rayonlarda da orta kredit faizləri paytaxt ilə müqayisədə çoxdur. Bəzi rayonlarımızda orta kredit faizləri Bakıya nisbətən 2 dəfə yüksəkdir”.
V.Bayramov vurğulayıb ki, rayonlarda orta faizlərin yüksək olması ümumi kredit portfelinin strukturunda biznes kreditlərinin payının az olması ilə bağlı olsa da, regionlarda yüksək faizlər daha çox borclanma yaradır:
“Eyni zamanda, regionlarda sərmayə qoyuluşunun artırılması üçün ucuz kredit alətindən daha çox istifadə olunması vacibdir. Ümumi kredit portfelinin də 80 faizə yaxını paytaxtın payına düşür. Bu da bölgələrdə kredit qoyuluşlarının Bakı ilə müqayisədə xeyli az olduğundan xəbər verir. Bu isə o deməkdir ki, Mərkəzi Bank tərəfindən kredit portfelində və faizlərində regional disbalansın azadılması, eləcə də bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı sistemli və daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac var”.
Akqabay
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
















.jpg)

















